Məhkəmə qərarları › İş №2(056)-1092/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1092/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1092/2023 21.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 346577-CNS-35735 saylı Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən xx.xx.2023-cü il tanxınə Banka borclu olduğu 589,82 manat məbləğində əsas borc, 62,53 manat məbləğində faiz borcu, 30,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 682,55 manat pul məbləğinin; həmçinin “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tanxli 346577-1-35732 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 2429,75 manat məbləğində əsas borc, 269,45 manat məbləğində faiz borcu, 96,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2795,80 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54,78 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 346577-CNS-35735 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi" bağlanılmış və illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 620 manat məbləğində kredit (https://vtb az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlənnın 7.25.3-cü bəndinə əsasən kredit alanın "cari hesabın'dan ‘kart hesabı'na köçürülməklə) borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 346577-1-35732 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi" bağlanılmış və illik 29.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2550 manat məbləğində kredit (https://vtb az/about-bank/documents/ saytına yerləşdinlmiş Bank Xidmətləhnin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın "cari hesabıri'dan "kart hesabına köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzdrinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 26 04 2023-cü il tarixli 346577-CNS-35735 saylı ' Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi" ümumilikdə 682 55 AZN məbləğində borcu, xx.xx.2022-ci il tarixli 346577-1-35732 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi" ümumilikdə 2795 80 AZN məbləğində borcu qalmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 346577-CNS-35735 saylı “Nağd pul krediti müqaviləsi"nin surətindən görünür ki, Cavabdeh illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 620 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 346577-1-35732 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi" nin surətindən görünür ki, Cavabdeh illik 29.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2550 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli 346577-CNS-35735 saylı “Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2023-cü il tarixə cavabdehin Banka 589,82 manat məbləğində əsas borc, 62,53 manat məbləğində faiz borcu, 30,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 682,55 manat məbləğində borc vardır. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli 346577-1-35732 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi» üzrə xx.xx.2023-cü il tarixə cavabdehin Banka 2429,75 manat məbləğində əsas borc, 269,45 manat məbləğində faiz borcu, 96,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2795,80 manat məbləğində borc vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 44,67 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddianın tam təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 54,78 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 346577- CNS-35735 saylı “Nağd pul krediti müqaviləsi"nə əsasən yaranmış 589,82 manat məbləğində əsas borc, 62,53 manat məbləğində faiz borcu, 30,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 682,55 manat, həmçinin Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli 346577-1-35732 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi»nə əsasən yaranmış 2429,75 manat məbləğində əsas borc, 269,45 manat məbləğində faiz borcu, 96,60 manat məbləğində cərimə borcu olmaqa, cəmi 2795,80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54,78 manat olmaqla, ümumilikdə 3533,13 (üç min beş yüz otuz üç manat on üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar