Məhkəmə qərarları › İş №2(056)-110/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-110/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-110/2025 13.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «Torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh dövlətə dəymiş zərərin əvəzi 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti tutulub İddiaçı Sabirabad rayon filialında olan AZ23CTRE********************, vöen **********, səviyyə kodu Fond 3, təsnifat 142571 saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Salyan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X7 2 ha torpaq sahəsində özbaşına olaraq kənd təsərüfatı məhsullarının əkilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında S.Rəhimzadə, Ş.Həsənov, Ə.Möhbalıyev, M.Qurbanov və S.Əmiraslanovun iştirakları ilə xx.xx.2024-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çixarış və fotoşəkillər akta əlavə edilmişdir. Həmin faktla bağlı müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiala qərar qəbul edilərək X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasənda aparılmış hesablamalarla ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh tərəfindən maddi zərərin vurulması müəyyən edilmişdir. Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün və könüllü olaraq maddi zərərin ödənilməsi barədə onun ünvanına xx.xx.2024-cü il tarixli 3-14-99-3/2-029/2024 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, həmin hesablanmış ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində dövlətə dəymiş maddi zərəri bu günə qədər ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Sabirabad rayonu, Axtaçı-Muğan kənd sakini X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-14-9-3/2-029/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Mərkəzin Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayında reyd keçirən zaman X7 sahəsində tərəfinizdən kənd təsərrüfatı məhsulları əkilməsi faktı müəyyən edilmişdir. Barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material qərar qəbul edilməsi üçün 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda hüquqazidd hərəkətləriniz nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 480 (dörd yüz səksən ) manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Maddi zərərin könüllü şəkildə bank (kapitak bank) və ya elektron ödəniş portalları vasitəsilə ödənilməsi üçün bank hesab rekvizitlərini (kapitak bank) təqdim edirik(AZ49CTRE********************-Hesab adı Sabirabad RMTM FOND3) Zərər məbləğini 30 gün müddətində könüllü ödəmədiyiniz təqdirdə vurulmuş zərəri könüllü ödəməkdən imtina kimi qiymətləndirilməklə tərəflərindən məhkəməyə iddia ərizəsi veriləcəkdir. İş materiallarına həmçinin ərazinin fotoşəkili əlavə edilmiş, məhkəmə həmin sübutu da tədqiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Salyan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X7 2 ha torpaq sahəsində özbaşına olaraq kənd təsərüfatı məhsullarının əkilməsi faktı müəyyən edilmişdir. X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasənda aparılmış hesablamalarla ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh tərəfindən maddi zərərin vurulması müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdeh iddiaçıya məxsus torpaq sahəsində şumlama işi görüb əkin işləri həyata keçirməklə iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, işin halları və iş materialları ilə öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 480 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar