Məhkəmə qərarları › İş №2(056)-1148/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1148/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1148/2023 25.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi» barədə iddia ərizəsi üzrə mülki işlə bağlı vəsatətinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etmədiyi üçün İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi barədə sübutlar təqdim etmədiklərindən iddiaçınnı müraciəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehlərin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 258 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi» barədə iddia ərizəsi üzrə mülki işlə bağlı baxılmamış saxlanılma barədə qərardadın ləğvinə dair vəsatəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada əldə edidiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar