Məhkəmə qərarları › İş №2(056)-122/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-122/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-122/2025 23.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2017-ci ildə anadan olmuş X2 adlı bir nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində aliment təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsi ilə 04 oktyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 02 dekabr 2021-ci il tarixdən başlanaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Hazırda o işləmir və Ayxan adlı uşağının tələbatlarını ödəyə bimir. Uşağın bütün maddi və mənəvi çətinlikləri onun üzərindədir. Uşaq böyüyür və minimum tələbləri artır. Onun tələb etdiyi alimenti verməyə cavabdehin imkan vardır. Ona görə də, Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq 04 oktyabr 2017-ci ildə anadan olmuş X2 adlı bir nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment təyin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq və iddiaçının etiraz etməməsini nəzərə alaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək 04 oktyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 dekabr 2021-ci il tarixdən başlanaraq hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsinə əsasən 04 oktyabr 2017-ci ildə anadan olmuş X2 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğlə uşağın saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 04 oktyabr 2017-ci ildə anadan olmuş X2 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)- 129/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 04 oktyabr 2017-ci ildə anadan olmuş X2 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 oktyabr 2024-cü il tarixdən başlanaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(056)-129/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 04 oktyabr 2017-ci ildə anadan olmuş X2 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 oktyabr 2024cü il tarixdən başlanaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar