Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1243/2024 06.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)- 294/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X1 üçün onun xeyrinə qət edilmiş 250 manat alimentin miqdarının artırılaraq hər ay 1 uşağa görə 230 manat, cəmi 460 manat müəyyən edilməsi və Sabirabad 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə nikahlarını rəsmiləşdirib evlənmiş, birgə nikahlarından xx.xx.2008-ci ildə X4 və xx.xx.2011-ci ildə X6 adında iki uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikahın pozulması, cavabdehdən hər uşağın saxlanması üçün 125 manat, cəmi 250 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. O, səhhəti ilə əlaqədar heç yerdə işləmir., yaşlı valideynlərinin yanında yaşayır. Valideynlərinin də maddi imkanı həddən artıq zəifdir. O, iki uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona könüllü olaraq məhkəmənin müəyyən etdiyi 250 manatdan artıq aliment ödəmir. Cavabdehin ödədiyi 250 manatla hazırki vəziyyətlə əlaqədar olaraq uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri işləyir, kifayət qədər gəliri vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçı ilə boşandıqları zaman belə Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsində işləyir. Əmək haqqında heç bir artım olmamışdır. Hazırda 680 manat əmək haqqı əldə edir. Həmin əmək haqqının 300 manatını hər ay iddiaçıya ödəyir. Etdiyi ödənişin 250 manatı aylıq ödənişə, 50 manatı isə yaranmış borcuna silinir. 311 manat da aylıq kredit ödənişi vardır. Həmin kredit ödənişi də övladının ondan kompyuter istəməsi, buna görə də kompyuteri kreditlə alıb övladına verdiyi üçün yaranmışdır. Artıq özünün dolanması üçün vəsait çatmadığı üçün o, məcbur olub evdə olduğu günlərdə fəhləlik etməklə məşğul olur. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanında deyildir. Bununla belə o, uşaqlarının saxlanmasından imtina etmir. Ona görə də o, hər şeyi gözə alıb hər uşağına görə müəyyən edilmiş 125 manat alimentin 150 manata qaldırılmasına etiraz etmir. Odur ki, o, qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X4 və xx.xx.2011-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-294/2020 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X4 və xx.xx.2011-ci ildə X3 iddiaçının yanında saxlanması və qeyd edilən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 1 uşağa görə 125 manat olmaqla, 2 uşağa görə cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 4 ilə yaxın vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 4 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlıların artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-294/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşaqları saxlamağın hər iki valideynin borcu olması, həmçinin iddiaçının cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi, lakin cavabdehin müəyyən edilmiş alimentin hər uşağa görə 25 manat artırılmasına etirazının olmaması barədə izahatının məzmunu nəzərə alınmalı, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-294/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalı, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının Mediasiya təşkilatının hesabına ödədiyi 55 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə tələbinə gəldikdə isə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçıya Qanunla hazırki tələblə bağlı məhkəməyə müraciət edərkən rüsumdan azad olunma imkanını qanunvericilik tanıdığı halda iddiaçının Mediasiya təşkilatına rüsum ödəyib həmin ödəmiş olduğu rüsumun əvəzini cavabdehdən tələb etməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)- 294/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablanmaqla hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1243/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1243/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver