Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1324/2023 17.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən işə düzəldilməsi üçün verilmiş 3500 manat məbləğində pul vəsaitinin və MPM-nin 121.1-ci maddəsinə əsasən hüquqi yardıma görə ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin fevral ayında Cavabdeh onu işə düzltməsi məqsədi ilə 1000 manat, sonra isə 2500 manat olmaqla cəmi 3500 manat məbləğində pul vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməyərək nə onu işə düzəltmiş, nə də ondan aldığı 3500 manat məbləğində pul vəsaitini ona geri qaytarmışdır. O, bu səbəbdən xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə Sabirabad RPŞ-nə müraciət etmiş və müraciəti əsasında aparılmış araşdırma zamanı cavabdeh ondan işə düzəltmək adı ilə 3500 manat məbləğində pul almasını etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə qeyd olunan hal üzrə Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Emin Əliyev tərəfindən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, həqiqətən Tehmurdan işə düzəltməsi adı ilə 3500 manat məbləğində pul vəsaitini almışdır. Bu məqsədlə pulu almasının səbəbi onun tanışının əvvəllər həmin imkanda olması olmuşdur. Lakin həmin tanışı sonradan ona verdiyi sözü tutmadığı üçün o, cavabdehi işlə təmin edə bilməmişdir. Lakin qeyd olunan məbləğdən 340 manatını ödəmişdir. Həmin 340 manat pulun 180 manatını Elçin Abışova, 160 manatını isə Tehmura vermişdir. Tehmuru Elçin vasitəsilə tanımışdır. Göstərilənlərə əsasən iddianın etiraf etdiyi həcmdə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Tehmur əslində Musaya işə düzəlmək məqsədi ilə 4000 manat pul vermişdir, lakin Musa 4000 manatı dandığı üçün tələbi 3500 manat olmuşdur. Həmin pulun bir hissəsi Bayraq Meydanında onun yanında Tehmur tərəfindən Musaya verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyni məzmunlu izahat verərək digər şahid Bəhlul Nuruzadənin izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 RPŞ-yə Cavabdeh ondan onu işə düzəltməsi adı ilə pul almasını, vədinə əməl etməməsini və pulunu qaytarmamasını bildirib şikayət ərizəsi ilə müraciət etmiş, izahatı alınan Cavabdeh iddiaçıdan həqiqətən 3500 manat pul almasını etiraf etmişdir. Məhkəmə tərəflərin izahatını, həmçinin şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin izahatı ilə də müəyyən olundu ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında cavabdehin onu işə düzəltməsi ilə bağlı razılaşmadan sonra iddiaçı tərəfindən cavabdehə 3500 manat məbləğində pul vəsaiti verilmişdir. Halbuki işin hallarından da göründüyü kimi, cavabdeh iddiaçını işə düzəltmək üçün səlahiyyətli şəxs olmamış, qeyd edilən pul vəsaitini iddiaçıdan əldə etmək üçün heç bir hüquqi əsasa malik olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh 3500 manat məbləğində pul vəsaitindən 360 manat hissəsini iddiaçıya qaytarmaq üçün Elçin adlı şəxsə verməsini bildirsə də həmin halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həb bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsui «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən İddiaçı işə düzəldilməsi adı ilə aldığı 3500 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən hüquqi yardıma görə ödənilmiş pul vəsaiti də tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 manat məbləğində pul vəsaiti, məhkəmə xərclərinə aid edilən hüquqi yardım üçün ödənilmiş 50 manat pul vəsaiti olmaqla, ümumilikdə 3550 (üç min beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1324/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1324/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver