Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1395/2023 26.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 1557,72 manat məbləğində pul vəsaitinin və ödənilmiş 35,58 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması, həmçinin iddia ərizəsinin və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilata geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalı, həmçinin Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş iddia qaldırılması üçün dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142211, xidmət kodu 14221103, trzansaksiya nömrəsi **********51) 35,58 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması» barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, həmçinin ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən ********** nömrəli qəbz vasitəsilə iddia qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142211, xidmət kodu 14221103, trzansaksiya nömrəsi **********51) ödənilmiş 35,58 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1395/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1395/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver