Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1436/2023 26.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin - cavabdeh X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə iddiaya dair işə Sabirabad şəhərində xx.xx.2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC - cavabdeh X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8815,51 manat əsas, 1358,33 manat faiz və 91,51 manat cərimə olmaqla, cəmi 10265,35 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 121,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, «Unibank” KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi əsasında ona 60 ay müddətinə illik 18% dərəcəsi ilə 8846 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-nə 8815,51 manat əsas, 1358,33 manat faiz və 91,51 manat cərimə olmaqla, cəmi 10265,35 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı təşkilat "xxxx" KB ASN-nin nümayəndəsi Yavər Novruzov məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx"KB ASC-nin cavabdeh X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank cavabdehə şəxsi məqsədlər üçün 60 ay müddətinə, illik 18%-dək hesablanmaqla 8846 manat məbləğində kredit limiti ayrılmış, borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan «Kredit müqaviləsi»nin 1-ci bəndinə istinad edərək, Borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini, ona hesablanmış faizləri və digər borcları ödəməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, «Kredit müqaviləsi» üzrə götürdüyü pul vəsaitini faizlə birgə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya bildiriş məktubları göndərilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2022ci il tarixli «Kredit Müqaviləsi» üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 8815,51 manat əsas, 1358,33 manat faiz və 91,51 manat cərimə olmaqla, cəmi 10265,35 manat borcu vardır. Məhkəmə hesab edir ki, "xxxx"KB ASC ilə cavabdeh X3 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx"KB ASC ilə cavabdeh X3 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Borclu Kredit Müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə borcluya qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 bankdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu ödəməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 121,20 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 121,20 manat dövlət rüsumunun və xidmət haqqının əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 ilə "xxxx"KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən 8815,51 manat əsas, 1358,33 manat faiz və 91,51 manat cərimə olmaqla, cəmi 10265,35 (on min iki yüz altımış beş manat otuz beş qəpik) AZN, həmçinin ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzində 121,20 (bir yüz iyirmi bir manat iyirmi qəpik) AZN cavabdeh X1 tutulub «Unibank”KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-1436/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1436/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver