Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1459/2024 10.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahlarından anadan olmuş övladları X1 üçün Sabirabad Rayon Məhkəməsinin 2(056)-2822/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 110 manat alimentin dəyişdirilərək 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı onun qızıdır. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2822/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qızı Zərifə ilə cavabdehin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Hazırda həmin məbləğin artırılmasına zərurət yaranmışdır. Belə ki, qızı Zərifə azyaşlı övladı Dilarə ilə Şirvan şəhərində kirayənişin yaşayır. Dilarə ağır dərəcəli autizm xəstəliyindən əziyyət çəkir. Dilarənin 10 yaşı olsa da hələ də xüsusi alt paltarında gəzir. Dilarə özünü idarə edə bilmir, danışıq qabiliyyəti yoxdur, heç nə başa düşmür, daim bahalı müalicələr alır. Qızı Zərifənin vəzifəsi müəllimədir. Lakin övladının daimi qulluğa ehtiyacı olduğu üçün işləyə bilmir. Buna görə də övladına əlavə dayə tutmaq da məcburiyyətindədir ki, əlavə gəlirə malik olsun və övladının tələbatlarını qarşılamaqda rola malik olsun. Təyin edilmiş aliment məbləği isə heç nəyə çatmır. Cavabdeh isə əlavə heç bir köməklik etmir. Cavabdehin yaşayış minimumdan dəfələrlə çox miqdarda aliment ödəməyə imkanı vardır. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-2822/2017 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş Ambulator kartadan çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 ağır dəcərəli autizm xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 7 ilə yaxın vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 7 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlının artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-2822/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşağın xəstəliyinin xüsusiyyətləri, müalicə üçün tələb olunan xərc məbləği, daimi qulluğa ehtiyacının olması halı nəzərə alınmalı, bu xüsusda iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-2822/2017 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1459/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1459/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver