Məhkəmə qərarları › İş №2(056)-150/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-150/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-150/2025 10.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış mala görə (bir baş erkək dana) ödənilməmiş qalmış 3000 manatın, dövlət rüsumu əvəzində 50 manatın və Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə Sabirabad rayonu Yenikənd kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh özünə məxsus bir baş 250 kq çəkidə erkək dananı bir kiloqramı 12 manatdan hesablanmaqla 3000 (üç min) manata nisyə olaraq satmışdır. Alqı-satqı Qəzli kəndində baş tutmuşdur. Cavabdeh ona 10 gün ərzində, yəni həmin ilin yanvar ayının axırına qədər 3000 manatı ödəməyi söz vermişdi. Həmin vaxtdan bu günə kimi cavabdeh bu gün-sabah deyərək borclu olduğu pulu ödəməmişdir. Bu səbəbdən o, Sabirabad RPŞ-yə xx.xx.2024-cü ildə ərizə ilə müraciət etmiş, araşdırma zamanı cavabdehin atası Nümayəndə verdiyi izahatında həqiqətən də oğlu İnşallahın ondan 3000 manata nisyə olaraq bir baş etkək dana almasını təsdiq edərək yaxın vaxtda onun pulunu qaytaracaqlarını göstərmişdir. Bu hal xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmışdır. O, satıcı olaraq satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malı qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bu günə kimi pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin videoçəkilişlə həyata keçirilmiş əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçınnı tələbində göstərdikləri doğrudur. Bu günə kimi həmin puldan heç bir məbləğdə ödəniş edilməmişdir. Pulun ödənilməməsinin səbəbi isə digər oğlu həbs edildiyi üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərindən əllərində pulun qalmaması olmuşdur. Alacaqları olduğu üçün onlar iddiaçıya pulun qısa müddətdə ödəniləcəyinə söz versələr də, alacaqlarının ala bilmədiklərindən vədlərinə də əməl edə bilmədilər. Hazırda o, iddianı qəbul edir. İddiaçı ilə razılıq əldə etməyə çalışacaqdır ki, yaranmış ümumi borcu aylıq şəklində ödəsin. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh nisyə olaraq 2024-cü ildə 3000 manat dəyərindəbir baş erkək dana satmış, cavabdeh həmin şifahi müqavilə üzrə qısa müddətə pulu ödəməyi öhdəsinə götürmüş, lakin o, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları,işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdehin nümayəndəsi tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanunazidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbəbdən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 52, 106, 191, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 manat ödənilməmiş borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat və Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat olmaqla, cəmi 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar