Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1514/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul və ödəmiş olduğu 34 (otuz dörd) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaxından tanıdığı Sabirabad rayon Mürsəlli kənd sakini Cavabdeh1 ilə əvvəllər də alver ilə məşğul olmuş, dəfələrlə ona pul verib almışdır. Sonuncu dəfə Xəyyam 28 avqust 2022-ci il tarixdə ona zəng vuraraq 1,320 manat borc pul istəmişdir. Bildirmişdir ki, 10 gün müddətinə qaytaracaqdır. O da ona inandığı üçün pulu verə biləcəyini demişdir. Həmin vaxtdan təxminən bir saat sonra Xəyyamın atası, keçmiş polis serjantı Cavabdeh2 Sabirabad rayon bazarında ona yaxınlaşaraq oğlunun ona zəng vuraraq pul istədiyini, lakin həmin pul ona çatacağını demiş, o, həmin vaxt X4 yanında Cavabdeh2 1,320 (bir min üç yüz iyirmi) manat pulu borc vermişdir. Lakin həmin vaxtdan bu günə kimi onu aldadaraq süründürmüşlər. Buna görə onlara dəfələrlə zəng vurub aldıqları pulu geri qaytarmalarını tələb etmişdir. Ancaq onlar ona olan borclarını etiraf etsələr də, lakin müxtəlif bəhanələr gətirərək aldatmışlar. Sonuncu dəfə 2023-cü ilin noyabr ayının əvvəllərində Rizvana zəng vurub pulunu istəyəndə, ondan borc alıb ailəsinə xərclədiyi pulunu qaytarmaq əvəzinə, onu ağır söyüşlərlə təhqir etmişdir. Cavabdehlərə borcun faizlər ilə verilməsi şərtləndirilməmişdir. Razılaşmaları sadəcə olaraq 1320 manat olmuşdur. Borc ödənilmədiyi üçün məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclası zamanı iddiaçı X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinadən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: Məhkəməyə sorğu əsasənda təqdim edilmiş İddiaçı Sabirabad RPŞ-yə şikayəti əsasında toplanmış materialın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli izahatında İddiaçı 1200- 1300 manat borc aldığını, pulun qaytarılma vaxtı barədə razılaşmaları olmadığını, aralarında olan 1300 manat pulu iyun ayının sonuncu gününədək qaytaracağına söz verdiyini bildirmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə rədd edilməli, Cavabdeh2 aid hissədə isə təmin edilməməlidir. İlk öncə qeyd edilməlidir ki, hazırki tələbdən görünür ki, iddiaçının tələbi şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinin nəticəsi ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibəti şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh2 hazırki iş üzrə iddiaçıdan 1300 manat borc pul almış, lakin o, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu fakt həm iddiaçının hazırki iddia ərizəsi, həm polis şöbəsində vermiş olduğu izahatı və Cavabdeh2 polis şöbəsində vermiş olduğu izahatı ilə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin cavabdeh X3 münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı hazırki tələblə Cavabdeh1 qarşı da müraciət etmiş olsa da, onunla Cavabdeh1 arasında borc müqaviləsi bağlanması və ya Cavabdeh1la borcun qaytarılmasının təminatı olaraq zaminlik müqaviləsindən irəli gələn münasibətin yaranması barədə hər hansı sübuta istinad edə bilməmiş, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, iddia tələbi və polis şöbəsinə verdiyi izahatda da pulu birbaşa Cavabdeh2 verməsini vurğulamışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə, sadalanan qanunvericilik norma və istinad edilən Avropa insan Hüquqları Məhkəməsinin qərarlarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X3 münasibətdə sübuta yetirilmədiyindən əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda iddia tələbi borc məbləğinə münasibətdə tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 34 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1300 (bir min üç yüz) manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 34 manat olmaqla, cəmi 1334 (bir min üç yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 verilsin. İddia Cavabdeh1 aid hissədə rədd edilsin Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1514/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1514/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver