Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1516/2023 24.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, İddiaçı "xxxx" KB ASC-nin vərəsələr-cavabdehlər Cavabdeh1 və X3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh1 və X3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Əhədov Elnur Ramiz oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1300nkNFTb/21 saylı kredit müqaviləsi üzrə 647,65 manat əsas və 37,73 manat faiz borcu olmaqla, cəmi 685,38 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Əhədov Elnur Ramiz oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1300nkNFTb/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə ıstehlak məqsədləri üçün 120 ay müddətinə illik 35%-dək olmaq şərtilə 20 000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Sabirabad regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehlərin Əhədov Elnur Ramiz oğlunun vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir. Lakin cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ıb müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Əhədov Elnur Ramiz oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1300nkNFTb/21 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, həmin Müqaviləyə əsasən iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35 % ödəmək şərtilə 20.000 manat məbləğində kredit limiti ayrılmış, borc alan isə müqaviləyə əsasən qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ-İİ 100855 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Əhədov Elnur Ramiz oğlu xx.xx.2021-ci il tarixdə kəskin miokard infarktı səbəbəindən vəfat etmişdir. İş materiallarında olan “Elektron notariat" X1 çıxarışdan görünür ki, Ölmüş şəxs (miras qoyan) ƏHƏDOV ELNUR RAMİZ OĞLU ölüm haqqında şəhadətnamə:AZ-İİ 100855. xx.xx.2021, SABİRABAD ASAN XİDMƏT QEYDİYYAT ŞÖBƏSİ; FİN: 17F7NES; dA:xx.xx.1981;) qanun üzrə vərəsləri - Cavabdeh1 QİZİ (SABİRABAD, ULACALİ K.„ ŞV:AZE 16691137,xx.xx.2017, ASAN-SABlRABADİ; FİN: xxxxxxx; d/t23.05.İ987) (tel:(051) 895-33-42), Cavabdeh2 QİZİ (SABİRABAD RAYONU. ULACALİƏ/D, ULACALİ KƏNDİ, ŞV:AA*******,xx.xx.2021, ASAN 1; FİN: xxxxxxx; d/t:xx.xx.2004) (tel:(051)895-33-42) və ƏHƏDZADƏ AYXAN ELNUR OĞLU (SABİRABAD RAYONU. ULACALİ Ə/D, ULACALİ KƏNDİ, ŞV:AA24702İ0,xx.xx.2021, ASAN 1; FİN: 8OQ6EA8; d/t:07.072018 )(tel:(051)895-33-42) olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Əhədov Elnur Ramiz oğlu kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli 1300nkNFTb/21 saylı Kredit Müqaviləsi üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə Banka yaranmış borc üzrə 647,65 manat əsas və 37,73 manat faiz borcu olmaqla, cəmi 685,38 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 1300nkNFTb/21 saylı Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Əhədov Elnur ilə Bank arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliyini yerinə yetirərək, E.Əhədova kredit müqaviləsi üzrə 20.000 manat kredit məbləğində kredit limiti ayrılmış, Əhədov Elnur Ramiz oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, qanun üzrə vərəsələri olan hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə vərəsə olaraq üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək götürülmüş kredit üzrə ödənilməmiş qalan məbləği Banka tam qaytarmamışlatr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən "ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir". Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən "qanun iizrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır". Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən "mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlur. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vərəsələr-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ölmüş Əhədov Elnur Ramiz oğlunun iddiaçıdan aldığı krediti Banka vaxtında və lazımı qaydada qaytarmadığı və müqavilə üzrə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyi üçün vərəsələr-cavabdehlər tələb olunan əsas və faiz borcunu iddiaçı təşkilata ödəməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 30,40 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284- 5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" KB ASC ilə mərhum-Əhədov Elnur Ramiz oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1300nkNFTb/21№-li Kredit Müqaviləsindən yaranmış 647,65 manat əsas, 37,73 manat faiz və 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 715,78 (yeddi yüz on beş manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti vərəsələr-cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1516/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1516/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver