Məhkəmə qərarları › İş №2(056)-1531/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1531/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1531/2024 26.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyəri 360 manat 4 qram 583 əyarlı sepi, dəyəri 585 manat olan 6,5 qram 583 əyarlı sepin, dəyəri 945 manat olan 10,5 qram 583 əyarlı sep-qolbağın, dəyəri 1000 manat olan 583 əyarlı brilyant qaşlı nişan üzüyünün, dəyəri 1170 manat 583 əyarlı sep-klonun, dəyəri 450 manat olan 583 əyarlı kişi üzüyünün, dəyəri 360 manat olan 583 əyarlı sepin, dəyəri 270 manat olan 583 əyarlı sırğanın, dəyəri 180 manat olan 583 əyarlı kişi üzüyünün və ya onların dəyəri olan 5.320 (beş min üç yüz iyirmi) manat məbləğində pulun və 74 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan davamlı olaraq qızıl-zinət əşyaları alır və aldığı qızılların pulunu hissə-hissə ödəyirdi. Vəfa ondan 2018-ci ilin sonunda dəyəri 200 manat 4 qram 583 əyarlı sep, dəyəri 320 manat olan 6,5 qram 583 əyarlı sep, dəyəri 520 manat olan 10,5 qram 583 əyarlı sep-qolbaq, dəyəri 300 manat olan 583 əyarlı brilyant qaşlı nişan üzüyü, dəyəri 950 manat 583 əyarlı sep-klon, dəyəri 190 manat olan 583 əyarlı kişi üzüyü, dəyəri 180 manat olan 583 əyarlı sep, dəyəri 170 manat olan 583 əyarlı sırğa, dəyəri 60 manat olan 583 əyarlı kişi üzüyü almışdı. Aralarındakı razılaşmaya əsasən Vəfa ona aldığı qızıl-qızıl-zinət əşyalarına görə hər ay 100 manat pul ödəməli idi. Lakin sonuncu dəfə aldığı qızılların dəyərini Vəfa gecikdirmə ilə ödəməyə başladı və indiyə qədər ona cəmi aldığı qızıl-zinət əşyalarına görə ayrı-ayrı vaxtlarda 400 manat pul ödədi. O, dəfələrlə Cavabdeh müraciət edərək aldığı qızıl-zinət əşyalarını və ya onların dəyərini qaytarmasını xahiş etsə də, Vəfa ondan aldığı qızıl-zinət əşyalarını və ya onların pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona olan borcunu qaytarmaması səbəbindən o, halhazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclası zamanı İddiaçı iddianın məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, o, iddia ərizəsinin məzmununda cavabdehə satdığı qızıl-zinət əşyalarının dəyərini satdığı dövrə uyğun satmış, iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mütəxəssisə müraciət etmiş, qızıl əşyalarının dəyəri müraciət etdiyi dövrə uyğun hesablanmış, ərizəsini hazırlamış hüquqşünas da tələbinin xahiş etdi hissəsində dəyəri hazırki dövrə uyğun göstərmişdir. Hazırda o, qızıl qıznət əşyalarının dəyərinin cavabdehə satdığı zamankı dövrə uyğun müəyyən edilməsinə etiraz etmir. Əsas istəyi odur ki, satdığı qızılların dəyəri cavabdeh tərəfindən ödənilsin. Odur ki, o, qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilən normanın tələbinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Əminə isə onlardan bir qədər aralı qalır. Əminə qızıl satışı ilə məşğul olmuşdur. 2018-ci ildə Əminə onun işlətdiyi mağazada Vəfaya çoxlu sayda qızıllar satmış, dəyərini hansı məbləğlə razılaşdıqlarını o, bilməmişdir. Vəfa qızılları götürərkən yarısını özü üçün götürdüyünü, yarısını isə satacağını bildirmişdir. Həmin zamandan Vəfa bildiyi qədəri ilə Əminənin pulunu qaytarmamışdır. Əminə onun yanına gələndə dəfələrlə demişdir ki, Vəfanın qapısına gedir, lakin satdığı qızılların pulunu ala bilmir. Vəfanın ümumiyyətlə çox adamlara borcu vardır. Hətta ona da 3000 manat borcu vardır. O da bir neçə dəfə borcunu istəmiş, ala bilməmiş, daha pulunun arxasınca düşməmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: X1 tərəfindən verilmiş rəyə əsasən:

1. Boyunbğaı 1 ədəd 4 qram dəyəri - 360 manat,

2. Boyunbağı 1 ədəd 6,5 qram dəyəri - 585 manat,

3. Boyunbağı+qolbaq 1 ədəd 10,5 qram dəyəri - 945 manat,

4. Nişan üzüyü brilyant 6.0 qram dəyəri - 1000 manat,

5. Boyunbağı+klon çəkisi 13 qram dəyəri - 1170 manat,

6. Üzük (kişi) çəkisi 5 qram dəyəri - 450 manat,

7. Boyunbağı çəkisi 4 qram dəyəri - 360 manat,

8. Sırğa 1 cüt çəkisi 3 qram dəyəri - 270 manat,

9. Üzük (kişi) çəkisi 2 qram dəyəri – 180 manat müəyyən edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mövcud halda tərəflər arasında münasibətlər 2018-ci ildə bağlanmış nisyə alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında nisyə alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibəti mövcud olmuş, Cavabdeh ididaçı İddiaçı 2018-ci ildə dəyəri 200 manat 4 qram 583 əyarlı sep, dəyəri 320 manat olan 6,5 qram 583 əyarlı sep, dəyəri 520 manat olan 10,5 qram 583 əyarlı sep-qolbaq, dəyəri 300 manat olan 583 əyarlı brilyant qaşlı nişan üzüyü, dəyəri 950 manat 583 əyarlı sep-klon, dəyəri 190 manat olan 583 əyarlı kişi üzüyü, dəyəri 180 manat olan 583 əyarlı sep, dəyəri 170 manat olan 583 əyarlı sırğa, dəyəri 60 manat olan 583 əyarlı kişi üzüyü adlı qızıl-zinət əşyalarını nisyə olaraq almışdır. Tərəflər arasında olan razışlamaya əsasən Cavabdeh qızıl-zinət əşyalarına görə hər ay 100 manat pul ödəməli olsa da,öhdəliklərini tam yerinə yetirməmiş, iddiaçıya aldığı əşyaların dəyərindən cəmi 400 manat ödəniş etmiş, qalıq qalmış borc vəsaitini iddiaçıya ödəməməklə müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. İşdən də, həmçinin iddiaçının izahatından da göründüyü kimi, iddiaçı 200 manat 4 qram 583 əyarlı sep, dəyəri 320 manat olan 6,5 qram 583 əyarlı sep, dəyəri 520 manat olan 10,5 qram 583 əyarlı sep-qolbaq, dəyəri 300 manat olan 583 əyarlı brilyant qaşlı nişan üzüyü, dəyəri 950 manat 583 əyarlı sep-klon, dəyəri 190 manat olan 583 əyarlı kişi üzüyü, dəyəri 180 manat olan 583 əyarlı sep, dəyəri 170 manat olan 583 əyarlı sırğa, dəyəri 60 manat olan 583 əyarlı kişi üzüyünü satmış, satılmış əşyaların dəyəri cəmləşdirildikdə, onların ümumi dəyəri 2890 manat təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla tərəflər arasında alqı-satqının predmeti olmuş qızıllzinət əşyalarının ümumi dəyəri 2890 manat müəyyən edilməli, həmçinin cavabdehin aldığı qızılzinət əşyalarına görə etdiyi 400 manat ödəniş məbləği həmin məbləğdən çıxılmalı, ödənilməmiş öhdəliyin dəyəri 2490 manat müəyyən edilməli, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddianın ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 74 manat dövlət rüsumunun əvəzi 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı aldığı 4 qram 583 əyarlı boyunbağı, 6,5 qram 583 əyarlı boyunbağı, 10,5 qram 583 əyarlı boyunbağı-qolbaq, 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 583 əyarlı boyunbağı-klon, 583 əyarlı kişi üzüyü, 583 əyarlı boyunbağı, 583 əyarlı sırğa, 583 əyarlı kişi üzüyü adlı qızıl-zinət əşyalarının ödənilməmiş dəyəri olan 2490 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 2520 (iki min beş yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar