Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-155/2025 14.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 (altı min) manat məbləğdə pulun və ödənilmiş 80 ( səksən) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə aralarında olan şifahi razılaşmaya əsasən, Zaur Kazımov özünə məxsus mənzilləri alğı-satqı yolu ilə, 16000 manat ödəmək şərti ilə iddiaçıya satmalı idi. Cavabdehlə razılıq əldə edildikdən sonra mənzilin sənədləşməsində çətinlik yarandığından, aralarında olan şifahi razılmaşmaya uyğun olaraq iddiaçı həmin mənzilə köçdüyünü və həmin mənzildə təmir işləri apardığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, təmir işləri apardığı mənzil əslində Zaur Kazımovun deyil, hazırki iddia tələbi üzrə cavabdeh olan Cavabdeh istifadəsindədir. Bu məsələ ilə bağlı X1 qarşı pul tələbi üzrə iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında ondan aldığı 6000 min manat pulu Cavabdeh verdiyini bildirən Z.F.Kazımov, Vüsaləni ondan aldığı pulu Behbud adlı şəxsdən geri alacağına inandırmış, iddiaçı bu səbəblə iddia tələbinin həcmini azaladaraq, Zaurdan yalnız həmin mənzilin təmiri üçün xərclədiyi 3120 manat pulu, 50 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumun alınıb ona verilməsini məhkəmədən xahiş etmiş, Saatlı Rayon Məhkəməsi də həmin ərizə əsasında xx.xx.2021-ci il tarixli, 2(055)-498/2021 saylı qətnamə qəbul etmişdir. İdiaçı İddiaçı vurduğu 6000 ( altı min) manat məbləğdə maddi ziyana görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və Sabirabad Rayon Məhkəmənin 1(056)-87/2022 saylı hökmü ilə 1( bir) il, 11( on bir) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı, ona vurulmuş 6000 manat maddi ziyanın Cavabdeh tərəfindən dələduzluq yolu ilə törədilməsinin məhkəmə hökmü ilə öz təsdiqini tapmasını və həmin pulu hələ də ona qaytarılmadığını əsas gətirərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə əlavə olaraq bildirdi ki, o, 6000 manat pulu Zaur adlı şəxsə versə də, sonradan həmin pulun Cavabdeh verilməsi məlum olmuş, Behbud isə həmin pulu geri qaytarmamışdır. Məhkəmə iclasında izahat verən Cavabdeh İddiaçı iddia tələbini qəbul etmədiyini bildirərək, iddiaçıdan hər hansı bir alğı-satqı müqabilində pul almadığını və ya vermədiyini əsas gətirərək qeyd etdi ki, o, Zaur Kazımovla notarial qaydada müqavilə bağlayaraq ondan 6000 manat borc almış və həmin borcu da Zaura geri qaytarmışdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-87/2022 saylı hökmündən görünür ki, Cavabdeh qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiahama görə, o, qohumu X2 məxsus Sabirabad şəhəri İstanbul küçəsi ev 224-də kirayədə yaşayan İddiaçı qızının etibarından sui- istifadə edib, əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun 25.04.202-ci il tarixdə Sabirabad şəhəri Pambıq zavodu qəsəbəsi 5 saylı binanın 4-və 5-ci mənzillərinin alğı-satqısı ilə bağlı X1 2000 manat pul verməsindən sonra evin yerdə qalan digər ödənişinə görə onun adına borc müqaviləsi bağlana biləcəyi barədə yalan vermiş, daha sonra xx.xx.2020-ci il tarixdə X4 və İddiaçı ilə birlikdə Sabirabad “ ASAN xidmət” Mərkəzinə gəlmiş, V. Məmmədova 8000 manat pulu Zaur Kazımova verdikdən sonra aralarında olan razılığa əsasən , qalan 6000 manat məbləğdə pulu isə iki ay ərzində verəcəyinə vəd vermişdir. Cavabdeh, İddiaçı tərəfindən ödənilməli olan 6000 manat pul üçün X3 ilə borc müqaviləsi bağlamaq barədə razılığa gəlmiş, həmin vaxt X8 Məmmədovadan aldığı 8000 manat puldan 6000 manatını Azərbaycan Beynəlxalq Bankının “ASAN xidmət” mərkəzində yerləşən filialında onun depozit hesabına yerləşdirməklə kredit müqaviləsi bağlamış, bundan sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə 6000 manat məbləğdə pulu Azərbaycan Beynəlxalq Bankının Sabirabad regional “ASAN xidmət” mərkəzində yerləşən filialından götürməklə, zərərçəkmiş İddiaçı 6000 manat məbləğdə - yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 69.3–cü maddələri ilə 1(bir) il 11 (on bir) ay, 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə hökm çıxarılmışdır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan və 3M151 nömrəli 27.04.202-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə X3 arasında 6000 manat pulun alınmasına dair borc müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı iddia qaldırılmasından ötrü 80 ( səksən) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə, iddiaçının tələbini işin faktiki hallarına uyğun gəldiyi üçün əsaslı bilir və belə hesab edir ki, iddia təmin edilməlidir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin yuxarıda şərh olunan hallarını əsas götürərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi əsaslıdır və buna görə də ona məxsus 6000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzində 80 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 80 ( səksən) manat alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-155/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-155/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver