Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1565/2023 03.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı «İrşad Electronics” ASC-nin Cavabdeh qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi» barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 01194216 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 674,80 manat əsas, 101,20 manat cərimə, cəmi 776 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İrşad Electronics” ASC-nin hüquq şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, müqavilə üzrə borc öhdəliyi cavabdeh tərəfindən yerinə yetirildiyi üçün iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «İrşad Electronics” ASC-nin Cavabdeh qarşı «pul tələbinə dair» barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1565/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1565/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver