Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1599/2023 10.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia əizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasınanda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli 055R********** saylı kredit razılaşması üzrə 571,46 manat məbləğində kredit borcu, 170,13 manat məbləğində faiz borcu və 43,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 785,45 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 785,45 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 055L**********28 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 400000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 055R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 055R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 9428,54 manat ödəmiş, onun 571,46 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 304 gün üçün hesablanmış faiz borcu 170,13 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 310 gün üçün hesablanmış cərimə 43,86 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 3M-327 saylı ipoteka müqaviləsi əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh- ipoteka verən əsasən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2023-cü il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 055L**********28 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh 120 (yüz iyirmi) ay müddətinə 400000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2018-ci il tarixli 055L**********28 saylı uzunmüddətli kredit müqaviləsi əsasında Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 055R********** saylı kredit razılaşması əsasında Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli 055R**********SA saylı Sazişlə xx.xx.2020-ci il tarixli 055R********** saylı Kredit Razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2018-ci il tarixli 3M-327 saylı ipoteka müqaviləsindən görünür ki, Babaşov X2 şəhəri, İlham İsgəndərov küçəsi 26A ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 1 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 48,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Elektron Xidmətlər Portalından çıxarılmış məktubun surətindən görünür ki, İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 055R********** saylı kredit razılaşması üzrə 571,46 manat məbləğində əsas, 170,13 manat məbləğində faiz borcu və 43,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 785,45 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 055L**********28 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 400000 manat məbləğində kredit xətti açılmış, Cavabdeh ilə İddiaçı QSC arasında ilə bağlanmış xx.xx.2020-ci il tarixli 055R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli 055R**********SA saylı Sazişlə xx.xx.2020-ci il tarixli 055R********** saylı Kredit Razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2018-ci il tarixli 3M-327 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş və nəticədə onun kreditora 055R********** saylı kredit razılaşması üzrə 571,46 manat məbləğində əsas, 170,13 manat məbləğində faiz borcu və 43,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 785,45 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 37L000000784 saylı Uzunmüddətli Kredit Müqaviləsindən, xx.xx.2020-ci il tarixli 055R********** saylı kredit razılaşmasından, xx.xx.2018-ci il tarixli 3M-327 saylı ipoteka müqaviləsindən, həmçinin xx.xx.2021-ci il tarixli 055R**********SA saylı Sazişdən əmələ gəlmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda istinad olunan əqdlər bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin əqdlərdən irəli gələn öhdəliklər yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 428.4, 442-ci, 445.1 və 445.2.1-ci, 449.4 və 462.3-cü maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İcrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, o, Kredit Razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış Kredit Razılaşmaları üzrə xx.xx.2023cü il tarixə hesablanmış əsas kredit borcu, faiz borcu və həmçinin cərimə borcu cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki kredit razılaşmalarından yaranmış borcun tutulması tələbi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinə yönəldilməli və ipoteka predmetini satmaq hüququ iddiaçıya verilməli, həmin əmlak ipoteka müqaviləsi əsasında tərəflərin müəyyən etdiyi 21000 manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılmalı, açıq hərracda satılmalı, həmin əmlakın satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınınaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunınaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 15 manat dövlət rüsumunun əvəzinin və 120 manat xidmət haqqının əvəzinin tutulması hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Elektron Xidmətlər Portalından çıxarılmış məktubun surətindən görünür ki, İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 055R********** saylı Kredit Razılaşmasına əsasən yaranmış 571,46 manat məbləğində əsas kredit borcu, 170,13 manat məbləğində faiz borcu və 43,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 785,45 (yeddi yüz səksən beş manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti, həmçinin məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 15 manat və xidmət haqqının əvəzi 120 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Yuxarıda göstərilən xx.xx.2020-ci il tarixli 055R********** saylı Kredit Razılaşması üzrə ümumilikdə 785,45 manat məbləğində pul tələbləri və 165 manat digər xərclər ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinə yönəldilsin, həmin qeyri-yaşayış sahəsi 21000 (iyirmi bir min) manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1599/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1599/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver