Məhkəmə qərarları › İş №2(056)-160/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-160/2024

05.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-160/2024 05.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanması nəticəsində əldə etdiyi 690 manatın, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışı, həm də qonşusudur. O, uzun illərdir qızıl-zinət əşyalarının satışı ilə məşğul olur və tanıdığı müştərilərə qızıl əşyalarını niyə olaraq satır. Müştərilərin bəzilərinin ödənişlərində gecikmələr olurdu deyə o, gecikmələri olan müştərilərin siyahısını cavabdehə vermiş, Seymur həmin müştərilərlə ödənişlərin vaxtı çatanda əlaqə saxlayıb görüşərək gecikmədə olan pulları yığırdı. Bu xidmətin müqabilində o, cavabdehə müəyyən məbləğdə xidmət haqqı ödəyirdi. O, cavabdehə etibar etdiyi üçün çox vaxt müştərilərlə birbaşa deyil Seymur vasitəsi ilə əlaqə saxlayırdı. Sonradan ona məlum olmuşdur ki, Seymur ayrı-ayrı vaxtlarda müştəriləri Sabirabad rayon sakinləri X2 300 manat, X1 70 manat. Vüsalə adlı şəxsdən 250 manat, Fatma adlı şəxsdən isə 70 manat alaraq mənimsəmiş və həmin pulları ona qaytarmamışdır. Həmin pul vəsaitlərinin qaytarılması üçün Seymurla dəfələrlə danışsa da, o, müxtəlif bəhanələr gətirərək indiyə kimi ona pulunu geri qaytarmamışdır. Bundan sonra o, Sabirabad RPŞ-yə şikayət etmiş, şikayəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə protokol tərtib olunmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)-851/2023 saylı qərarına əsasən o, 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bu tədbirdən sonra da cavabdeh onun pulunu qaytarmamışdır. Buradan da müəyyən olunur ki, cavabdeh onun etibarından sui-istifadə edərək əsassız varlanmaqla ona maddi ziyan vurmuşdur. Cavabdeh onun pulunu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi məhkəməyə məlumat verməmişdir. Lakin o, məhkəməyə 2 ədəd qəbz ünvanlayaraq iddiaçının kart hesabına cəmi 200 manat ödəməsini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)- 851/2023 saylı qərarından görünür ki, Cavabdeh barəsində olan inzibati xəta haqqında işə baxılarkən Cavabdeh izahatında Könülə aid X2 300 manat, X1 70 manat və Vüsalə adlı şəxsdən 250 manat almasını etiraf etmiş, Fatmadan aldığı pulu isə Könülə verməsini bildirmişdir. Məhkəməyə təqdim edilmiş 2 ədəd xx.xx.2023-cü il tarixinə aid ödəniş qəbzlərindən görünür ki, İddiaçı kart hesabına hər biri 100 manat olmaqla, cəmi 200 manat ödəniş edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus satmış olduğu qızıl-zinət əşyalarının gecikmədə olan pullarının yığılıb iddiaçıya təqdim edilməsi barədə razılaşma olmuş, cavabdeh gecikmədə olan pullardan bir hissəsini, yəni hazırda tələbdə göstərilən hissəsini mənimsəmiş, bununla da iddiaçı ilə aralarında olan razılaşmanı pozmuş, mənimsədiyi vəsait qaytarılmadığından tərəflər arasında mübahisə yaranmışdır. Hazırkı mübahisədən görünür ki, cavabdehdeh Cavabdeh hər hansı qanuni əsas və ya müqavilə olmadan İddiaçı məxsus olan və ona çatdırmalı olduğu tələb edilən pul vəsaitini ona qaytarmaqdan yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda məhrum olmuş şəxs verdiyini (ona çatmalı olanı) geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə ona çatası pulun yığılmasına razılıq verilməsinin gözlənilən məqsədi, nisyə satmış olduğu qızılın gecikmədə olan dəyərinin yığılması olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən, yəni həmin vəsaiti cavabdehin təqsirli hərəkəti (mənimsəməsi) nəticəsində məhrum olan şəxs kimi həmin vəsaiti geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən İddiaçı çatdırılmalı olan hazırki tələb üzrə pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməli, bu zaman işin məhkəmə icraatında olduğu dövrdə cavabdeh tərəfindən ödənilmiş 200 manat ödəniş nəzərə alınmalı və həmin məbləğ çıxılmaqla cavabdehdən cəmi 490 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsaslı olub təmin edildiyindən göstərilən hissədə də tam təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 490 manat məbləğində pul vəsaiti və məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar