Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1663/2025 12.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Quruzma bələdiyyəsinin Cavabdeh qarşı “müqavilə şərtlərinin dəyişdirilərək torpaq icarəsi haqqının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Quruzma bələdiyyəsi Cavabdeh qarşı “müqavilə şərtlərinin dəyişdirilərək torpaq icarəsi haqqının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quruzma bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 06 saylı qərarına əsasən, Quruzma bələdiyyəsi ilə Cavabdeh arasında 100 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli, 06 saylı icarə müqaviləsinin, icarə haqqı hissəsində şərtinin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun olaraq 6000 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, həmin ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizəyə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədləri, o cümlədən şəxsiyyətini təsdiq edən müvafiq sənədləri əlavə etməmişdir. Bununla da, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 -cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Quruzma bələdiyyəsinin Cavabdeh qarşı “müqavilə şərtlərinin dəyişdirilərək torpaq icarəsi haqqının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-1663/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1663/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver