Məhkəmə qərarları › İş №2(056)-1680/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1680/2024

18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1680/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15.000 (on beş min) manat borcun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyul ayında mülkiyyətində olan **-LD- *** qeydiyyat nişanlı, 2008-ci il tarixli, Qazel markalı avtomobili iş üzrə Cavabdeh1 notariat qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli Etibarnamə əsası ilə satmışdır. Qarşılıqlı razılaşma əsasən Etibarnaməni cavabdehə deyil, onun qohumu olan, sonradan avtomobili idarə etmiş Cavabdeh2 adlı şəxsə vermişdir. Həmin razılaşmaya görə avtomaşını 30.000 (otuz min) manata satmış və cavabdeh həmin pul məbləğinin 15000 (on beş min) manatını nağd ödəmiş, yerdə qalan 15000 (on beş min) manatım isə hissə-hissə olmaqla 7 (yeddi) aya ödəyəcəyini öhtəsinə götürmüşdür. Avtomaşın cavabdehə verildikdən az sonra, xx.xx.2023-cü il tarixində Lənkəran rayon ərazisində öz-özünə alışaraq yanmış və yararsız vəziyyətə düşmüşdür. Bundan sonra cavabdeh avtomobilin satışından borclu qaldığı 15000 (on beş min) manat pulu verməkdən imtina etmişdir. Adı çəkilən avtomobilin öz-özünə alışıb yanaraq istifadəsiz vəziyyətə düşməsində onun heç bir təqsiri yoxdur. Belə ki, avtomobil onun istifadəsində olarkən böyük məbləğdə maddi vəsaitlə təmir zərurəti yaranmamış, heç bir problemi olmamış, cavabdehə satılan vaxt texniki baxışdan keçmiş, satılarkən də təmir sexində yoxlanılmış və sonra təhvil verilmişdir. Digər tərəfdən, avtomobil mühərrik hissəsindən deyil, arxa hissəsindən alışaraq yanmışdır. Sürücünün bildirdiyinə görə o, avtomobili idarə edərkən yorulduğundan yolun kənarında park edərək saxlamış və avtomobildə yatmış və bu zaman da hadisə baş vermişdir. Göründüyü kimi baş vermiş hadisənin onunla heç bir əlaqəsi olmamışdır. Mübahisənin məhkəmədənkənar qaydada həl edilməsi mümkün olmadığından məhkəməyə müraciət elmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının bildirdikləri əsassızdır. Belə ki, o, avtomobilin alqısatqısında vasitəçi olmuşdur. Alxan onun əvvəllər işçisi olmuş, sonradan ondan ayrılaraq öz işini qurmuşdur. Avtomobil alınan ərəfədə o, Bakı şəhərində olmuş, Alxan ona müraciət edərək onun üçün cücə daşınmasını həyata keçirməsi məqsədi ilə avtomobil tapmasını, satın almaq istədiyini bildirmişdir. O, “Qazel” markalı avtomobili tapmış, bu barədə Alxana bildirmişdir. Alxan ona demişdir ki, Bankdan kredit götürəcək və heyvanlarını satacqdır ki, o avtomobili alsın. O, avtomobili satan Natiq adlı şəxslə bu barədə danışıq aparmış, razılıq əldə olunmuş, bundan sonra Natiqə 1000 manat beh verilmiş, təxminən 1 ay sonra usta ilə gedib maşını yoxlatdırmışlar. Maşının farsunkası, soyuducusu nasaz çıxmışdır. Natiq bildirmişdir ki, həmin nasaz hissələri özü düzəltdirəcəkdir. Maşının təhvil verilməsi uzadıldı sabaha. Səhəri günü Alxanla Natiqin digər bir qardaşı ustaya getmiş, həmin zaman qalan 14000 manat pulu Alxan Natiqin qardaşına vermiş, orada Alxana zəng gəlmiş, Alxan kənara çəkilib danışdıqdan sonra qayıdanda görmüşdür ki, nə maşın oradadı, nə də Natiqin qardaşı. Bundan sonra həmin şəxslə danışılmış, pulu aldığı halda avtomobili niyə təhvil vermədiyi soruşulmuş, həmin şəxs bu gün maşını verməyəcəyini, maşının onsuz da Alxana məxsus olduğunu, etibarnamə verdiklərini, maşını düzəltdirib sabah saat 10-da Alxana təhvil verəcəyini bildirmişdir. Səhəri günü maşını Alxana axşam saat 8-də təhvil vermişlər. Bundan 2-3 gün sonra səhər saat 6 radələrində avtomobil yanmışdır. Bundan sonra Batiqlə əlaqə saxlanılmış, telefonuna zəng çatmamış, Vatsappla zəng edilmiş, Natiq telefonu götürdükdən sonra ona hadisə barədə məlumat verilmişdir. Natiq isə cavabında “canınız sağ olsun, əsas odur ki, avtomobildə kimsə yanmayıb, Gürcüstandayam qayıdandan söhbət edərik” demişdir. Natiq qayıtdıqdan sonra onlar Natiqlə Bakı şəhərində görüşüb söhbət etmişlər. Söhbət zamanı Natiqə avtomobilin heç bir hissəsinin düzəldilmədən təhvil verildiyi, buna görə avtomobilin yandığı bildirilmiş, pul istənilmiş, Natiq demişdir ki, avtomobilin qaytarın pulu versin. O, bu söhbətdən sonra Natiqə bildirmişdir ki, avtomobil Alxanın təqsiri olmadan yanıb, özü kasıb adamdı, kreditə girib, evində xəstəsi var, onun pulunu qaytarsın. Natiq isə bildirmişdir ki, “razılaşaq o zaman nə siz qalan pulu ödəyin, nə də ödənilmiş pul sizə qaytarılsın” Buna etiraz edilib avtomobildə Alxanın yeşiklərinin yandığı, ziyana düşdüyü, avtomobilin düzəldilmədən təhvil verildiyi bildiriləndə Natiq artıq ödənilməmiş qalan pulu istəməyə başlamışdır. Onlar razılaşmadıqdan sonra özləri hansısa qaydada ekspert rəyi əldə edib məhkəməyə müraciət etmişlər. Bu alqı-satqıya onun heç bir aidiyyəti olmamışdır. O, vasitəçi olmuş, avtomobil Alxana satılmışdır. Odur ki, o, məhkəmədən iddianın ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, o, avtomobili özü üçün işləməsinə görə satın almışdır. Bu satın almanı əvvəllər müdiri, həm də yaxın dostu olmuş Amiddən xahiş etmiş, Amid Bakı şəhərində olarkən ona zəng edərək “Qazel” markalı avtomobil tapdığını, işinə yarayacağını bildirmişdir. Amidin həmin avtomobilin alqı-satqısı ilə heç bir əlaqəsi olmamışdır. Dilavər sadəcə vasitəçi olmuşdur. Amid avtomobili tapandan sonra o, 5000 manata heyvanlarını satmış, 10000 manat kredit götürmüş və həmin avtomobili satın almışdır. Avtomobili satın alarkən öz ustaları belə yoxlayaraq farsunkanın xarab olduğunu demiş, hələ buraya qədər o, xırda-xırda həmin avtomobilə görə iddiaçı tərəfə 1000 manat ödəmişdir. Avtomobili satıcı Natiqin qardaşı ilə birgə ustaya aparmışlar. Orada o, qalan 14000 manat pulu Natiqin qardaşına ödəmişdir. Həmin vaxt orada ona zəng gəlmiş, o, kənarda danışıb qayıdanda görmüşdür ki, həmin şəxs avtomobili sürüb getmişdir. O, həmin şəxsə zəng etmiş, zənginə cavab verməmişdir. Sonra Amid zəng edib danışmış, həmin şəxs guya onun ona telefonla danışıb hörmətsizlik etdiyinə görə çıxıb getdiyini bildirmişdir. Bundan sonra səhəri günü avtomobil ona təhvil verilmiş, o, fakrsunka barədə soruşmuş, düzəldildiyi bildirilmiş, 2-3 gün sürməsi, problem olarsa gətirib qaytarması bildirilmişdir. O, 2 gün avtomobili idarə etmiş, 3-cü günü idarə edərkən yolda avtomobildən qoxu gəlməsini hiss etmiş, Lənkəran rayonunda “Asan Xidmət” tərəfdə avtomobilini kənara vermiş, sonra avtomobil alışmışdır. O, ilk əvvəl yanğını söndürməyə cəhd etsə də, nail olmamış, kənara çəkilib sadəcə seyr edə bilmişdir. Bundan sonra iddiaçı tərəfə avtomobilin yanması bildirilmiş, pulunu tələb etdikdə, ona avtomobili özünün qəsdən yandırdığı, buna görə də qalan pulu da ödəməli olduğu bildirilmişdir. O, hansı səbəbə avtomobili yandırmalı olduğunu soruşmuş, ondan özünün niyə xəsarət almamasını qarşılıq olaraq soruşmuşlar. O da özünü də yandırmalı olmadığını bildirmişdir. Danışıq zamanı o, iddiaçı tərəfə özünün maddi vəziyyətinin ağır olduğunu, kredit götürdüyünü, heyvan satdığını, farsunkanın düzəldilmədən avtomobilin ona təhvil verildiyini, yekun nəticədə özünün yanğına görə 5000 manat da ziyana düşməsini bildirsə də, nəticə olmamışdır. Ondan avtomobilin pulu tərəb edilmişdir. Avtomobil ona nasaz satıldığı üçün yanmışdır. Yəni yanğın onun təqsiri ucbatından baş verməmişdir. Ekspert rəyini hansı qaydada əldə ediblər o da məlumdur. Odur ki, o, qətnamə qəbul edilərkən göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. xx.xx.2023-cü il tarixli ƏN-Vİ№ 640060 saylı etibarnamənin surətindən görünür ki, “Ford- Transit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili mülkiyyətçi İddiaçı tərəfindən nümayəndəsi X3 vasitəsi ilə Cavabdeh2 idarə edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, leytenant X2 14 mart 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, 16 iyul 2023-cü il tarixdə, saat 06 radələrində, Bakı- Astara magistral yolunun Lənkəran rayonu, Qurun kəndi ərazisindən keçən hissəsində İddiaçı məxsus “Ford-Transit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. 14 mart 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh2 Əli oğlu “Ford-Transit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin istifadəçisi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasının Yanğın təhlükəsizliyi qaydalarının” 1.10.2-ci bəndinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixində saat 06 radələrində yanğın hadisəsi avtomobilin mühərrik bölməsində mühərrikin elektrik sistemində hansısa qəza (qısaqapanma və s) halının yaranmasından əmələ gəlmiş ifrat temperaturdan yanar-alıqqan materialların alışmasından baş vermişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməli, Cavabdeh2 aid hissədə təmin edilməlidir. İlk öncə tələbin hüquqi əsasının müəyyən edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, iddia tələbinin mahiyyətindən və tərəflərin izahatından da göründüyü kimi, hazırki iddia tələbi tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında-İddiaçı ilə Cavabdeh2 Əli oğlu arasında (İddiaçı adından X6 tərəfindən verilmiş etibarnamə əsasında) bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. İşin mahiyyətindən də göründüyü kimi, iddiaçı avtomobilin cavabdehlərə 30000 manata satılmasının razılaşdırıldığını, 15000 manatın ödənildiyini, qalan 15000 manat pulun isə 7 aya ödənilməli olduğu halda qaytarılmadığını bildirərək tələb irəli sürmüş, cavabdeh tərəflər də iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 Əli oğlu ilə iddiaçının nümayəndəsi X6 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmasını, müqavilə üzrə qalan 15000 manat pulun ödənilməməsini qəbul etmişlər. Yəni göründüyü kimi, əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği tərflərin şifahi qaydada bağlamış olduğu müqavilənin şərtlərində nəzərədə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə Cavabdeh2 hazırki iş üzrə İddiaçı 2023-cü ilin iyul ayında mülkiyyətində olan “Ford-Transit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 30.000 manata ilkin olaraq 15000 manat hissəsini ödəməklə, qalan 15.000 manat hissəni isə 7 ay müddətində ödəməklə satın alaraq qlaan pulun ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh verdiyi vədə əməl etməyərək sözünü tutmamış və iddiaçının pulunu qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh2 münasibətdə əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehlərdən Cavabdeh1 iddia tələbinə cavabdehliyinə münasibətdə isə qeyd edilməlidir ki, tərəflərin izahatlarından və iş materiallarından da göründüyü kimi, Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanması və Cavabdeh2 tərəfindən avtomobilin satın alınması prosesində vasitəçi olmuş, müqavilə Cavabdeh2 ilə bağlandığı üçün mülkiyyətçi tərəfindən etibarnamə bilavasitə Cavabdeh2 verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız hesb edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən həb bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsui «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Son olaraq məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi tələb edilən pul məbləğinə münasibətdə tam təmin edildiyindən, cavabdehlərdən isə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən Azırbaycan Respublikasının MPM-nin 119-cu maddəsinin tələblərinə əsasən ödənilmiş 135 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat olmaqla, cəmi 15135 (on beş min yüz otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia Cavabdeh1 aid hissədə rədd edilsin Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elktron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar