Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-170/2023 28.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 823 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşlətdiyi mağazada ərzaq malları və digər istənilən malların sifarişini qəbul edib nağd və ya kredit formasına satır. Uzun illərdir bu işlə məşğuldur. Cavabdehlə onun arasında xx.xx.2021-ci il tarixdə velosipedin nisyə olaraq alqı-satqısı barədə şifahi formada müqavilə bağlanmışdır. O, dəyəri 280 manat olan Velosipedi cavabdehə vermiş və cavabdehin həmin maldan ona 73 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci ildə cavabdeh ilə eyni qaydada 950 manat dəyərində velosipedin və lazımi motor və təkərin verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh üzərində olan cəmi 1023 manat borcundan 200 manat ödəniş etmiş və hazırda cavabdehin ödənilməmiş 823 manat borcu qalmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh üzərində olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həqiqətən də o, iddiaçıdan xx.xx.2021-ci il tarixində 280 manat dəyərində velosiped, xx.xx.2022-ci il tarixində isə 950 manat dəyərində digər velosiped, motor və təkər almışdır. Lakin onun iddiaçıya iddia etdiyi məbləğdə borcu qalmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə onun 73 manat borcu qalmış, həmin pulu ödəyib qurtarmışdır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə ilkin ödəniş olaraq 300 manat iddiaçıya ödəmiş, 3 ya 4 ay da 45-50 manat aralığında ödəniş etmişdir. İddiaçı dəftərində qeyd apardığı üçün dəqiq nə qədər məbləğdə borcu qalmasını bilmir. Hazırda o, məhkəmədən qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Fiziki şəxsin sahibkarlıq fəaliyyəti haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2012-ci ildən sahibkar kimi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş borc dəftərindən Cavabdeh adı qeyd edilmiş vərəqdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 73 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 750 manat ödənilməmiş borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh nisyə olaraq xx.xx.2021-ci il tarixində 280 manat dəyərində velosiped, xx.xx.2022-ci il tarixində isə 950 manat dəyərində digər velosiped, motor və təkər satmış, cavabdeh həmin müqavilələr iddiaçının xeyrinə aylıq ödənişlər həyata keçirməyi öhdəsinə götürmüş, lakin o, müqavilələr üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqavilələrindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdehin izahatının məzmununa münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdan nisyə aldığı malların dəyəri üzrə borcunu iddiaçının iddia etdiyi məbləğdə deyil, az məbləğdə qəbul etdiyindən sübutetmə yükü onun üzərinə düşür. Lakin cavabdeh borcunun az məbləğ təşkil etdiyini bildirmiş olsa da, məhkəmə tərəfindən edilmiş təkliflərə baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nisyə alqı-satqı müqavilələri üzrə ödənilməmiş qalan borc məbləğləri hissəsində əsaslı hesab edilməli və tam təmin edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “borc müqaviləsi” üzrə yaranmış cəmi 823 (səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsas hissədə tam təmin edildiyi üçün iddianın ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun cavabdehdən tutulması hissəsi də tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi” üzrə ödənilməmiş 73 manat və xx.xx.2022-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi” üzrə ödənilməmiş 750 manat, cəmi 823 (səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 853 (səkkiz yüz əlli üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-170/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-170/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver