Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-170/2025 13.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)- 998/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün onun xeyrinə qət edilmiş hər uşaq üçün 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat alimentin miqdarının artırılaraq hər ay 1 uşağa görə 250 manat, cəmi 500 manat müəyyən edilməsi və mediasiya xərci olaraq ödədiyi rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, Cavabdeh ilə nikahlarını rəsmiləşdirib evlənmiş, birgə nikahlarından xx.xx.2009-cu ildə X8 və xx.xx.2010-cu ildə X9 adında iki uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-998/2022 saylı qətnaməsinə əsasən cavabdehdən iki uşağına görə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(056)-59/2011 saylı qətnaməsi ilə tutulması qət edilmiş aliment məbləği artırılaraq hər uşaq üçün hər aya görə 120 manat müəyyən edilmişdir. O, səhhəti ilə əlaqədar heç yerdə işləmir. valideynlərinin yanında yaşayır. Valideynlərinin də maddi imkanı həddən artıq zəifdir. O, iki uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona könüllü əlavə köməklik etmir. Hazırda uşaqları hazırlıqlara gedir və tələbatları artmışdır. Cavabdehin ödədiyi alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkir. Bununla belə o, cavabdehin də maddi vəziyyətini nəzərə alaraq tələbinin həcmini azaldıb hər uşağa görə 150 manat olmaqla, iki uşağa görə cavabdehdən cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçının tələbini tələbin azaldılmış hissəsində qəbul edir. Yəni iddianı etiraf edir və alimentin artırılaraq hər uşaq üçün hər ay ondan 150 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Ona görə də o da bu barədə ərizəsini məhkəməyə təqdim edərək iddianın təmin edilməsinə razılığını ifadə edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X4 və xx.xx.2011-ci ildə X7 adlı uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-294/2020 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X4 və xx.xx.2011-ci ildə X2 iddiaçının yanında saxlanması və qeyd edilən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 1 uşağa görə 125 manat olmaqla, 2 uşağa görə cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf edilməsini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanunazidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbəbdən cavabdehin iddianı etiraf etməsini qəbul edir və hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-998/2022 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablanmaqla hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-170/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-170/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver