Məhkəmə qərarları › İş №2(056)-174/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-174/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-174/2024 26.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 12000 manat əsas borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği xx.xx.2022-ci il tarixdən qətnamə çıxan günədək illik 5% hesablanmaqla pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzində 126,40 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xahişini onunla əsaslandırır ki, cavabdehlə onun arasında xx.xx.2021-ci il tarixində xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə cavabdehə 12000 manat faizsiz olaraq pul verilmişdir. Belə ki, o, cavabdehi uzun müddət tanımış və cavabdehə inandığı üçün cavabdehin onunla biznes qurmaq fikrini həyata keçirmək üçün cavabdehə qeyd olunan məbləğdə pulu notarial qaydada vermişdir. Lakin cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməyərək qaytarmalı olduğu borc məbləğini uzun müddət keçməsinə baxmayaraq tam olaraq geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş edilmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirkaı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2021-ci il tarixli Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X1 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Cavabdeh İddiaçı 12000 (on iki min) manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2022-ci il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırması üçün 126 manat dövlət rüsum ödəmişdir. Məhkəmə işdəki olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq , iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi borc müqaviləsini cavabdehin müəyyən edilmiş müddətdə qaytarmaq şərtilə 12000 (on iki min) manat borc almasını təsdiq edən sübut kimi qəbul edir. Qeyd olunan İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X1 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Cavabdeh İddiaçı 12000 (on iki min) manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2022-ci il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsinin 6-cı bəndidnə qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Kredit müqavilsəinin iş materialına əlavə edilmiş əslindən görünür ki, borc verən və ya borc alan tərəfindən borcun hər hansı bir hissəsinin ödənilməsi barədə müqavilənin üzərində heç bir qeyd aparımamışdır. Cavabdeh üzərində olan borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, borcun alınması və ödənilməsi qaydası notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında müəyyən edilmişdirsə tərəflər arasında mübahisə yarandığı təqdirdə bir tərəfin həmin müqavilədə tərəflərin razılaşması ilə müəyyən edilmiş şərtlərə zidd olan qaydalara istinad etməsi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsində qeyd edilir ki, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsində qeyd edilir ki, müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasındakı münasibət yazılı formada bağlanmış kredit müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə təqdim edilmiş subutları bir-birilə müqaisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini 12000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində əsaslı sayır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi borcun qaytarılmasının gecikdirilməsinə görə 5 % məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) aydın olur ki, öhdəlik müddətinin bitdiyi vaxtdan 2023-cü il üzrə ən aşağı həddi il ərzində müəyyən edilmiş bank uçot dərəcəsi 8% təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də illik 5% faiz dərəcəsi ilə hesablanmaqla tərəflər arasındakı 29.12.201-ci il tarixli Kredit Müqaviləsi üzrə verilmiş pul məbləğinin qaytarılmasına dair öhdəliklərin icra edilməli olduğu vaxtdan 1 il vaxt keçdiyini nəzərə alınaraq, 12000 manatın (2023-cü il üzrə ən aşağı həddi il ərzində müəyyən edilmiş bank uçot dərəcəsi 8%) illik faiz məbləği 600 manat hesablanmaqla pul məbləği Cavabdeh tutulub İddiaçı ödənilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvenişya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü aydın və bir-birinə uyğun qənatlərin həm mövcudluğundan, həm də təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarıda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 12000 (on iki min) manat pul və 600 manat illik 5% hesablanmış pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsas hissədə tam təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumu və bank xidmət haqqısının əvəzində 126,40 manat pulun cavabdehdən tutulması hissəsi də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçının tərəfindən məhkəmədə iddia qaldırılması üçün 126,40 manat dövlət rüsumu və bank xidmət haqqısı ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 12000 (on iki min) manat borc hesabına yaranmış pul, əsas borc məbləğinə 5% dərəcəsi ilə hesablanmış 600 manat məbləğində pul, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzində 126,40 manat pul, cəmi 12726,40 (on iki min yeddi yüz iyirmi altı manat qırx qəpik) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar