Məhkəmə qərarları › İş №2(056)-1875/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1875/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1875/2025 27.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7400 manat və 1150 manat məbləğində olmaqla ümumi borc pul və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə qonşuluqda yaşayırlar. O, 2022-ci ildə ona müraciət edərək ona təcili pul lazım olduğunu və yaxın müddətdə qaytaracağını vəd vermişdir. Ona görə də, xx.xx.2022-ci ildə 6000 manat ayda 400 manat qaytarmaq şərti ilə, xx.xx.2022-ci ildə 1400 manat ayda 140 manat qaytarmaq şərti ilə, xx.xx.2022-ci ildə 3000 manat ayda 250 manat qaytarmaq şərti ilə, sonuncu dəfə isə cavabdeh X3 ilə birlikdə gələrək 1150 manat ayda 350 manat qaytarmaq şərti ilə cavabdehə borc pul vermişdir. Hər dəfə pulu alanda pulu almaları ilə bağlı cavabdehlə yazılı şəkildə sənəd imzaladılar. Həmin sənədlərdə pulun götürülməsi və qaytarılması ilə bağlı şərtləri təsbit olundu. Cavabdeh götürdüyü borcun bir hissəsini ödəsə də hazırda ona borclu qaldıqları 8550 manatı ödəməkdən qəsdən yayınır və aralarında mütəmadi bununla bağlı mübahisələr yaranır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyini və bunun səbəbləri barədə məlumat vermədiyini nəzərə alıb və MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, İddiaçı iki dəfə, birinci dəfə 3000 manat, sonra isə 1150 manat aylıq əlavə faiz ödəmək şərtilə borc almış və vaxtı çatdığı üçün borcunu qaytarmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli əlyazma qəbzindən görünür ki, o, ayda 210 manat qaytarmaq şərtilə İddiaçı 1400 manat borc almışdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli əlyazma qəbzindən görünür ki, o, ayda 250 manat qaytarmaq şərtilə İddiaçı 3000 manat borc almışdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli əlyazma qəbzindən görünür ki, o, ayda 350 manat qaytarmaq şərtilə İddiaçı 1150 manat borc almışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1359 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci tarixli qəbzdə “Aygun” sözünün qarşısındakı imza; xx.xx.2024-cü il tarixli qəbzdə “Cavabdeh” sözlərinin qarşısındakı imza; xx.xx.2022-ci il tarixli qəbzdə “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada şifahi formada bağlanmış və yazılı əlyazma qəbzi ilə təsdiq edilmiş Borc Müqavilələrinə əsasən onlar arasında yaranmış öhdəliklərdən İddiaçı aid olan hissəsi onun tərəfindən yerinə yetirilərək müqavilənin predmeti olan xx.xx.2022-ci il tarixdə ayda 210 manat qaytarmaq şərtilə 1400 manat, xx.xx.2022-ci il tarixdə ayda 250 manat qaytarmaq şərtilə 3000 manat, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə isə ayda 350 manat qaytarmaq şərtilə 1150 manat Cavabdeh borc vermiş, cavabdeh isə müqavilə ilə razılaşdırılmış müddətdə və şərtlərlə həmin məbləği iddiaçıya qaytarmaqdan yayınmış və bununla da Mülki Məcəllənin 739cu maddəsinin tələblərini pozaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi formada və yazılı əlyazma qəbzi ilə təsdiq edilmiş Borc Müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası ücün müəyyənləsdirilmiş müddətdə icra edilməməyi borclunun icranı gecikdirməsi sayılır. İşin məhkəmədə araşdırılmış hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ayda 210 manat qaytarmaq şərtilə 1400 manat, xx.xx.2022-ci il tarixdə ayda 250 manat qaytarmaq şərtilə 3000 manat, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə isə ayda 350 manat qaytarmaq şərtilə 1150 manat pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin pul vəsaiti cavabdehdən tutularaq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddiasının əsası kimi borcun ödənilməmiş qalıq məbləğinin məhz 8500 manat olması faktına istinad etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da istinad etdiyi həmin faktları sübut edə bilməmişdir, iş materiallarına əlavə edilmiş əlyazma qəbzləri ilə isə borc vəsaitinin məhz 5550 manat həcmində müəyyən olunduğu təsdiq edilmişdir. Həmçinin cavabdeh ümumilikdə iddiaçıdan borc formasında 4150 manat vəsaitin götürdüyünü və həmin borc məbləğini qaytardığını bildirsə də, borcun qaytarılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da istinad etdiyi həmin faktları sübut edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nın 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən (ekspertiza xərci) ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğu halda, ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməldir. Bundan əlavə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1359№-li məhkəmə-xəttşünaslıq eksertizası tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5550 (beş min beş yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi, cəmi 5620 (beş min altı yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1359№-li məhkəmə-xəttşünaslıq eksertizası tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar