Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-188/2023 13.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, AKSESUAR, AKSESUAR, İMEİ KOD **********38864 SAMSUNG GALAXY A32 markalı telefon üçün 975.6 (doqquz yüz yetmiş beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 97 (doxsan yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavibsina əsasan, İMEİ KOD **********59615 SAMSUNG GALAXY A12, İMEİ KOD **********85153 SAMSUNG GALAXY A12 markalı telefonlar üçün 671,4 (altı yüz yetmiş bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********29854 SAMSUNG GALAXY A10S markalı telefon üçün 133,8 (bir yüz otuz üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 13,2 (on üç manat iyirmi qəpik) manat cərimə; ümumilikdə, 1958 manat borc, 39,58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci 'il tarixli müqaviləsinə əsasən, AKSESUAR, AKSESUAR, İMEİ KOD **********38864 SAMSUNG GALAXY A32 markalı telefon, İMEİ KOD **********59615 SAMSUNG GALAXY A12, İMEİ KOD **********85153 SAMSUNG GALAXY A12 markalı telefonlar və İMEİ KOD **********29854 SAMSUNG GALAXY A10S markalı telefon almış və nəticədə 1958 (bir min doqquz yüz əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 995,6 (doqquz yüz doxsan beş manat altmış qəpik) manat (18 ay x 54.2 manat + 20 manat ilkin ödəniş) AKSESUAR, AKSESUAR, İMEİ KOD **********38864 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 1072.6 (bir min yetmiş iki manat altmış qəpik) manat olmaqla ondan, 975,6 (doqquz yüz yetmiş beş manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97(doxsan yeddi) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1027,4(bir min iyirmi yeddi manat qırx qəpik) manat (18 ay x 56.3 manat + 14 manat ilkin ödəniş) İMEİ KOD **********59615 SAMSUNG GALAXY A12, İMEİ KOD **********85153 SAMSUNG GALAXY Al2 markalı telefonlar üçün ümumilikdə, 738.4 (yeddi yüz otuz səkkiz manat qırx qəpik) manat olmaqla ondan, 671,4 (altı yüz yetmiş bir manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67 (altmış yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 415,8 (dörd yüz on beş manat səksən qəpik) manat (18 ay x 23.1 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********29854 SAMSUNG GALAXY Aİ0S markalı telefon üçün ümumilikdə, 147 (bir yüz qırx yeddi) manat olmaqla ondan, 133,8(bir yüz otuz üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,2 (on üç manat iyirmi qəpik) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 658 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22175448 saylı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC, İMEİ KOD **********29854 SAMSUNG GALAXY A10S markalı telefon üçün alqı-satqı qiyməti 415,80 manat olmaqla, hissə-hissə ödənilməsi şərtilə alıcı Cavabdeh satmış, “Müştəri” Cavabdeh isə qəbul etdiyi “Mal”ın pulunu müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23257382 saylı müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC İMEİ KOD **********59615 SAMSUNG GALAXY A12, İMEİ KOD **********85153 SAMSUNG GALAXY A12 markalı telefonlar üçün alqı-satqı qiyməti 1027,40 manat olmaqla, hissə-hissə ödənilməsi şərtilə alıcı Cavabdeh satmış, “Müştəri” Cavabdeh isə qəbul etdiyi “Mal”ın pulunu müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC İMEİ kodu **********42062 olan AKSESUAR, AKSESUAR, İMEİ KOD **********38864 SAMSUNG GALAXY A32 markalı telefon üçün alqı-satqı qiyməti 995,60 manat olmaqla, hissə-hissə ödənilməsi şərtilə alıcı Cavabdeh satmış, “Müştəri” Cavabdeh isə qəbul etdiyi “Mal”ın pulunu müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışlarına əsasən, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 22175448 saylı, xx.xx.2021-ci il tarixli, 23257382 saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilələr üzrə bu günədək cəmi 658 manat ödəniş etmişdir. Sözügedən müqavilələrin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqavilələri bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşya - İMEİ KOD **********29854 SAMSUNG GALAXY A10S markalı telefon üçün dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış 975,60 manat ödənilməmiş borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşya - İMEİ KOD **********59615 SAMSUNG GALAXY A12, İMEİ KOD **********85153 SAMSUNG GALAXY A12 markalı telefonlar üçün dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMCnin həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış 671,40 manat ödənilməmiş borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Bundan başqa, Cavabdeh İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşya - İMEİ kodu **********42062 olan AKSESUAR, AKSESUAR, İMEİ KOD **********38864 SAMSUNG GALAXY A32 markalı telefon üçün dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış 133,80 manat ödənilməmiş borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Mülki Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu və cərimə məbləğlərini iddiaçı təşkilata ödəməlidir. Həmçinin məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 39,58 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22175448 saylı müqaviləsi üzrə ödənilməmiş 133,80 manat əsas borc, ödənişi gecikdirməyə görə 13,20 manat dəbbə pulu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23257382 saylı müqaviləsi üzrə ödənilməmiş 671,40 manat əsas borc, ödənişi gecikdirməyə görə 67 manat dəbbə pulu və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləsi üzrə ödənilməmiş 975,60 manat əsas borc, ödənişi gecikdirməyə görə 97 manat dəbbə pulu ödənilmiş dövlət rüsumunun əvəzi 39,58 manat, ümumilikdə isə 1997,58 (bir min doqquz yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-188/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-188/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver