Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-19/2023 16.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağirovun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 24985 manat dəymiş maddi ziyanın və 165 manat ödənilmiş dövlət rüsumunun, cəmi 25150 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 26 aprel tarixli 09/01244 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş SR-2045 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 24985 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətinə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib edilmişdir. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 24985 manat maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında operativ lizinq müqaviləsi bağlanmış və həmin müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürmüşdür. İş materiallarında olan 1 ədəd SR-2045 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışdan görünür ki, mühərrikin təmir dəsti, dirsəkli val və silindirlər blokunun işlək vəziyyətə gətirilməsi üçün cəmi 24985 manat vəsait tələb olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qüsur Aktından görünür ki, İddiaçı ASC-nin X1 istifadəsində olan Şassi 561314 buraxılış ili 2014-cü il Dövlət Nömrə nişanı ** AB *** olan Sampo-2045 markalı taxılyığan kombaynı biçin zamanı o, cümlədən xx.xx.2021-ci il tarixində hava temperaturu kəskin olduğu bir dövrdə mühhərikində səs əmələ gəlmiş və kombayn saxlanılmışdır. Kombayna baxış keçirilmiş və məlum olmuşdur ki, Kombaynın dirsəkli valı və mühərrikin bloku sıradan çıxmışdır. Kombayn sahədən qoşqu vasitəsilə müxanizatorun həyətinə gətirilərək kombaynın motoru sökülmüş və dirsəkli valı tam sıradan çıxması aşkar olunmuşdur. Aktın doğruluğu M.Ə.Yunusovun, R.A.Hüseynovun, C.Z.Ziyadzadənin və Cavabdeh imzaları və cəmiyyətin X1 möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8323-8/3187 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu il İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014cü il buraxılışlı SR 2045 Sampo markalı kombaynın təmir-bərpa xərci avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 16730 manat müəyyən edilmişdir. 2014-cü il buraxılışlı SR-2045 Sampo markalı kombaynın zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmttə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış nəqliyyat vasitəsinin əmttə dəyərindən 10% aşağı olması istisna edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəy) müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh operativ lizinq müqaviləsinə əsasən istifadəsinə verilmiş İddiaçı ASCnin X1 istifadəsində olan Şassi 561314 buraxılış ili 2014-cü il Dövlət Nömrə nişanı ** AB *** olan Sampo-2045 markalı taxılyığan kombaynı biçin zamanı o, cümlədən xx.xx.2021-ci il tarixində hava temperaturu kəskin olduğu bir dövrdə mühhərikində səs əmələ gəlmiş və kombayn saxlanılmışdır. Kombayna baxış keçirilmiş və məlum olmuşdur ki, Kombaynın dirsəkli valı və mühərrikin bloku sıradan çıxmışdır. Kombayn sahədən qoşqu vasitəsilə mexanizatorun həyətinə gətirilərək kombaynın motoru sökülmüş və dirsəkli valı tam sıradan çıxması aşkar olunmuşdur. Bu səbəblərdən də İddiaçı ASC-nə maddi ziyan vurulmuşdur. İddiaçı tərəf iddiasını müdafiə edərək təmin olunmasını xahiş edir, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə qiymətləndirməklə iddiaçının izahatını və aktı işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan kombayna zərər vurması faktı iş materiallarında olan və cavabdehin özününü iştirakı ilə tərtib edilmiş, həmçinin imzası ilə təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8323-8/3187 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyinə uyğun həll edilməli və rəylə müəyyən edilmiş ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Tədqiq olunmuş xx.xx.2022-ci il tarixli rəydə iddiaçının mülkiyyətində olan kombayna dəymiş maddi ziyanın dəyəri 16730 manat məbləğində hesablanmışdır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16730 AZN məbləğində pul tutularaq İddiaçı ASC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İddiaçı əsas borcla bərabər onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 165 manat dövlət rüsumunun da əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 90 AZN hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsi İddiaçı ASC-dən, 60 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan 1 ədəd SR-2045 markalı taxılyığan kombaynın bərpası üçün vurulmuş maddi zərərin əvəzi olaraq 16730 (on altı min yeddi yüz otuz) AZN məbləğində pul vəsaiti, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 90 (doxsan) AZN hissəsi, ümumilikdə 16820 (on altı min səkkiz yüz iyirmi) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 9/8323-8/3187 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsi İddiaçı ASC-dən, 60 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(056)-19/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-19/2023
16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver