Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1970/2024 25.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə 25 oktyabr 2024-cü il tarixdə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, satılmış mala görə 1600 manat, 36 manat ödənilmiş dövlət rüsumuna görə və göstərilən hüquqi yardıma görə 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, arvadı xəstə olduğundan və onun müalicəsi üçün pula ehtiyacı olduğundan 15 fevral 2024-cü il tarxidə 1 baş 7 aylıq boğaz və 1 baş südü sağılan inəyini hər biri 1600 manat olmaqla, cəmi 3200 manata Cavabdeh satmışdır. Həmin gün cavabdeh ona 1 baş inəyin pulunu, yəni 1600 manat vermiş, o biri inəyin pulunu, yəni 1600 manat pulu 2 gün ərzində verəcəyini söz vermişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh borclu qaldığı 1600 manat pulu ona verməmişdir. Bu səbəbdən də o, Sabirabad Rayon Polis Şöbəsinə şikayət etmiş və araşdırma zamanı Cavabdeh izahat alınmışdır. RPŞ-ndə Cavabdeh izahatında ondan 2 baş inək aldığını və 1600 manat borcu qaldığını etiraf etmiş və 15 aprel 2024-cü il trarixədək ona qalan borcunu ödəyəcəyinə söz vermişdir. Lakin Cavabdeh bu dəfədə də verdiyi sözə əməl etməmiş və ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən də, məhkəməyə iddia ərizəsilə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq satılmış mala görə 1600 manat, 36 manat ödənilmiş dövlət rüsumuna görə və göstərilən hüquqi yardıma görə 50 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İddiaçı qapıbir qonşusudur. Cavabdeh mal-qara alverçisi kimi tanıyır. Təxminən 15 fevral 2024-cü il tarxidə işdən evə gələndə 1 baş sarı və 1 baş qara inəyi Cavabdeh “QAZ-el” markalı avtomobilinə mindirərək aparmasını görmüşdür. Heyvanlar İddiaçı qapısından mindirildiyinə görə təxmin etmişdir ki, heyvanları İddiaçı malqara alverçisi Cavabdeh satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı qohumudur, həm də qapıbir qonşusudur. Cavabdeh mal-qara alverçisi kimi tanıyır. Təxminən bu ilin fevral ayının ortaları olardı, o, küçədə olarkən 1 baş sarı və 1 baş qara inəyi Cavabdeh “QAZ-el” markalı avtomobilə mindirməsini görmüşdür. İnəklər İddiaçı qapısından “QAZ-el” markalı avtomobilə mindirilmişdir. Sonradan bacısından eşitmişdir ki, 1 baş heyvanın pulunu, yəni 1600 manat pulu Cavabdeh İddiaçı borclu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı arvadıdır. O, xəstə olduğundan və onun müalicəsi üçün pul lazım olduğundan 15 fevral 2024-cü il tarxidə 2 baş inəyi hər biri 1600 manat olmaqla, cəmi 3200 manata əri İddiaçı mal-qara alverçisi Cavabdeh satmışdır. Cavabdeh 1 baş inəyin pulunu vermiş, digər inəyin pulunu isə borclu qalmışdır. Həmin vaxtdan bu günə kimi Cavabdeh onlara borclu qaldığı 1600 manat pulu verməmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, X1, Şahid1 ifadələrində iddiaçının cavabdehə 2 baş inək satması faktını təsdiq etmişlər. Şahid qismində dindirilmiş iddiaçının qonşusu və qohumu X1 və iddiaçının arvadı Şahid1 satılmış 2 baş inəklərdən 1 baş inəyin pulunu, yəni 1600 manat pulu cavabdehin iddiaçıya verməsini, ikinci inəyin pulunu isə, yəni 1600 manat pulu cavabdehin iddiaçıya borclu qalması barədə ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, İddiaçı müraciəti əsasında Sabirabad Rayon Polis Şöbəsində xx.xx.2024-cü ildə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, həqiqətən də hər birinin dəyəri 1600 manat olan 2 baş irirbuynuzlu heyvanı İddiaçı almış və aldığı heyvanlardan 1 başının pulunu iddiaçıya vermiş, digər ikinci heyvanın pulunu isə iddiaçıya borclu qalmışdır. Cavabdeh izahatında həmçinin göstərmişdir ki, borclu qaldığı 1600 manat pulu xx.xx.2024-cü il tarixdə iddiaçıya verəcəyinə söz verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında heyvanın satılması ilə bağlı alqı-satqısı razılaşması olmuş və bu razılaşma əsasında iddiaçı cavabdehə hər biri 1600 manat olmaqla 2 baş inəyi satmışdır. Cavabdeh İddiaçıa 1 baş inəyin pulunu, yəni 1600 manat vermiş, digər inəyin pulunu isə yaxın vaxtı verəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və aldığı ikinci inəyin pulunu iddiaçıya verməmişdir. Bu səbəbdən də cavabdehin iddiaçıya 1600 manat borcu qalmışdır. İddiaçının savabdehə 2 baş inək satmasını, satdığı inəklərdən birinin pulunun almasını, yəni 1600 pul almasını, digər inəyə görə, yəni 1600 manat pul almamısını şahid ifadələrilə və Cavabdeh Sabirabad Rayon Polis Şöbəsində xx.xx.2024-cü ildə verdiyi etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı satılmış mala görə 1600 manat pulunu Cavabdeh tələb etməkdə haqlıdır. Mahmudovun Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 36 manat dövlət rüsumu və göstərilən hüquqi yardıma görə 50 manat pul ödəmişdir və həmin pulu cavabdehdən tələb edir. Məhkəmə iddianın qaldırılması üçün 36 manat ödənilmiş dövlət rüsumu əvəzinin və göstərilən hüquqi yardıma görə 50 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi və göstərilən hüquqi yardıma görə 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh satılmış mala görə 1600 manat, göstərilən hüquqi yardıma görə 50 manat və 36 manat ödənilmiş dövlət rüsumu, cəmi 1686 manat alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh satılmış mala görə 1600 manat, göstərilən hüquqi yardıma görə 50 manat və 36 manat ödənilmiş dövlət rüsumu, cəmi 1686 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov.
Məhkəmə qərarları › İş №2(056)-1970/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1970/2024
25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver