Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-20/2023 02.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X15 Bağırovun sədirliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı, cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh Əlquzu oğlunun, həmçinin digər iş üzrə iddiaçılar X9, X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili, həmçinin S.M.Əliyevanın və Ş.Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh Əlquzu oğluna qarşı «zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsinə dair, həmçinin iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X9, X3, X4, X5, X2 və X6 - cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Əlquzu oğluna qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əlqulu oğlundan ona dəymiş zərərin əvəzində 765 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat və MPM-nin 121.1-ci maddəsinə əsasən göstərilmiş hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Narlıq kəndində onun mülkiyyətində 1,875 ha torpaq sahəsi vardır. Torpaq mülkiyyətçisi kimi DƏDRX idarəsində qeydə alınaraq Çıxarış almışdır. Torpaq sahəsini xx.xx.2016-cı il tarixdə X7 rəsmi alqı-satqı yolu ilə almışdır. O, həmin torpaq sahəsində 100 ədəddən artıq tut və gilas ağacları əkmişdir. xx.xx.2022-ci il tarixdə o, torpaq sahəsində 35 ədəd tut və 10 ədəd gilas ağaclarının kəsildiyini müşahidə etmişdir. Cavabdeh onunla tez-tez mübahisə etdiyi üçün o, Ərzulladan şübhələnmiş və Sabirabad RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə bağlı araşdırma aparılan zaman Cavabdeh təırəfindən balta ilə qeyd olunan ağacların kəsilməsi müəyyən edilmişdir. Cavabdeh həmin ağacları xx.xx.2022-ci il tarixdə kəsmişdir. RPŞ-də aparılan araşdırma zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Sabirabad DAİM-ə müvafiq sorğu göndərilmiş, bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Sabirabad DAİM-in mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli KİN-i Nazim Qasımov, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və onun iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, 35 ədəd tut ağacları və 10 ədəd meyvə ağaclarının kəsilməsi müəyyən edilərək xx.xx.2022-ci il tarixdə bu barədə akt tərtib edilmiş, həmçinin akt əsasında dəymiş ziyanın həcmini müəyyən edən rəy yazılmışdır. Rəy tərtib olunarkən ağacların 6 illik olması müəyyən edilərək, ona cəmi 765 manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh tələblərini yerinə yetirməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, Cavabdeh Əlquzu oğlu, X22, X16, X17, X18, X10 və X19 - cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddianın həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tirəsinə əkdiyi ağacların cavabdehin hesabına çıxarılması,cavabdeh İddiaçı qanunsuz hərəkətləri, yəni onlara məxsus torpaq sahəsinin tirəsində çoxlu ağaclar əkməsi nəticəsində onların mülkiyyətində olan torpaq sahəsinə və məhsula dəymiş 5000 (beş min) manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsi, cavabdeh İddiaçı tərəfindən onlara məxsus olan və onların torpaq sahəsinə bitişdiyi yerdə qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, onlara dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 80 manat puluncavabdehİddiaçıalınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 1-2/1 nömrəli Qərarı ilə Sabirabad rayonu Narlıq kəndi ərzisində yerləşən 2.84 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ailəlikcə onların mülkiyyətinə verilmişdir. Bu barədə onlara Torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN: 272; KOD 90909038 nömrəli Şəhadətnamə verilmişdir. Torpaq sahəsinin eni 46-51 metr arasında, uzunluğu isə 555 metrə yaxındır. Mülkiyyətlərinə ayrılmış torpaq sahəsində hər il təyinatı üzrə kənd təsərrüfatı məhsulları əkib becərmişlər və dolanışıqlarını həmin torpaq sahəsi ilə təmin edirlər. Torpaq sahələrinin sol tərəfində qonşulquda yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmkəndliləri Mövsüm adlı şəxsə məxsus olmuşdur. 2016-cı ildə Mövsüm öz torpağını Sabirabad rayonu Narlıq kənd sakini Şükürova Mǝhluqǝ Nizam qızına satmışdır. Onlara məxsus torpaq sahəsi ilə cavabdehǝ məxsus torpaq sahəsinin arasında sərhədləri müəyyən edən su arxı keçir. 2016-cı ildə Mahluqǝ torpaq sahəsini Mövsümdən aldıqdan sonra onların torpaq sahəsi ilə sərhəddə, su arxının onların torpağı tərəfdə olan tirəsində tut ağacı və müxtəlif meyvə ağacları əkməyə başlamışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həmçinin ev tikməyə başlamışdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 7 saylı ərazi şöbəsinin məsləhətçisi X13 tərəfindən Məhluqǝ Şükürovanın pay torpağında fərdi yaşayış evi tikməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərini pozduğuna görə xx.xx.2017-ci il tarixli 000434 nömrəli protokol tərtib edilmişdir. O, (Cavabdeh) dəfələrlə Şükürova Məhluqǝyǝ xəbərdarlıq etmişdir ki, onların tirǝsinə ağac əkməsin, sonra həmin ağaclar kötük atıb onların torpaq sahəsinə keçəcək və əkin üçün yararsız hala düşəcək. Ancaq cavabdeh onu eşitməmiş və hər il ağacların sayını artırmağa başlamışdır. 2020-ci ilin payız aylarında torpaq sahələrində buğda əkmişlər, lakin cavabdehin əkdiyi ağaclar olan tərəfdə buğda bitməmişdir və məhsuldarlıq aşağı düşmüşdür. 3 tondan çox ziyana düşmüşlər, bunu da buğadnın qiyməti ilə hesablayanda 3300 manat zərər deməkdir. 2021-ci ilin əkin vaxtı o, torpaq sahǝsini şumladarkən, traktorun kotanina tut ağaclarının kötükləri ilişmiş va traktor sürən şumlamanı dayandırmışdır. Bundan başqa cavabdehin əkdiyi ağaclar böyüdükcə əkinə kölgə salmağa başlamış və məhsullar gün işğından məhrum olmuşdur. O, məcbur olub buğda əkməmişvə yonca əkməyə başlamışdır. Ancaq yoncada da məhsuldarlıq azalmış və onlar yenə zərərə uğramışlar. O, yenə də cavabdehə xəbərdarlıq edərək ağacları yığışdırmasını tələb etmişdir. Lakin cavabdeh, ona məhəl qoymamışdır. O da, məcbur olub, ağacların bir neçəsini kəsmişdir. Bundan sonra Şükürova Mahluqǝ Nizam qızı 2022-ci ilin may ayında onun barəsində DİN-in 102 xidmətinə şikayət etmişdir ki, guya o, Məhluqənin həyətyanı torpaq sahəsində yerləşən ağaclarını kəsmişəm. İş üzrə Sabirabad rayon X23 bölməsində araşdırma başlanmış, o da, İddiaçı şikayətçi olmuşdur. İş üzrə X38 Mərkəzi də araşdırmaya cəlb edilmişdir və X24 aqronommütəxəssisi Elçin Əhmədov tərəfindən tərtib edilmiş rəy və arayışda qeyd edilmişdir ki, Mahluqə Şükürovanın qonşu ilə sərhəddə əkdiyi meyvə və əsasən də tut ağacları ətrafındakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbilə məhsuldarlq xeyli azalır. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsini təhqiqatçısı, polis kapitanı Şamxal Həsənovun xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı Nizam qızının və onun (Cavabdeh Əlquzu oğlu) şikayətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və onlara mülki qaydada məhkəməyə müraciət etmələri izah olunmuşdur. Buna görə onlar mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişlər və hesab edirlər ki, cavabdeh İddiaçı Nizam qızı tərəfindən onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tirəsinə əkdiyi ağaclar, həm torpaq sahəsinə kök ataraq torpağa ziyan vurduğua görə, həm də əkinin üzərinə kölgə salaraq, ǝkin bitkilərinin günəş işığından məhrum olmasına səbəb olduğu üçün həmin ağacların cavabdehin hesabına kökündən çıxarılması barədə, həmçinin cavabdehin qanunsuz hərəkətləri, yəni əkin sahəsində çoxlu ağac əkməsi nəticəsində onlara məxsus torpaq sahəsində məhsuldarlığa ziyan vurduğuna görə onlara dəymiş 5000 manat maddi və 1000 manat mənəvi ziyanın cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməlidir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1200/2022 saylı qərardadına əsasən İddiaçı - Cavabdeh Əlquzu oğluna qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(056)-1200/2022 saylı və iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X9, X3, X4, X5, X2 və X6 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair 2(056)-1208/2022 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Cavabdeh Əlquzu oğluna qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbinin təmin edilməsi, həmçinin ona qarşı olan iddiaya etiraz edərək, onun rədd edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh Əlquzu oğlu, həmçinin digər iş üzrə iddiaçılar X9, X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili, həmçinin S.M.Əliyevanın və Ş.Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbinin təmin edilməsi barədə, həmçinin İddiaçı iddia tələbinə etiraz edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu X20 onun tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydə göstərilənləri təkrarlayıb təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, Cavabdeh məxsus torpaq sahəsinin təxminən 30 sotunda taxıl seyrək olsa da, lakin torpağın sahibinə zərərin vurulması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam həcmdə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Sabirabad DAİM-nin mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli KİN-si Nazim Qasımov, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş və imzaları və Sabirabad rayon Yolçubəyli kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X1 1,87 ha torpaq sahəsində əkdiyi 35 ədəd tut ağacı və 10 ədəd meyvə ağaclarının (gilas, əncir və nar) həmkəndlisi Cavabdeh tərəfindən kəsilib məhv edilməsi ilə bağlı şikayəti üzrə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üçün həmin əraziyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı qonşu ilə sərhəd arasında əkmiş olduğu 35 ədəd tut və 10 ədəd meyvə ağaclarının torpaq səthindən balta ilə kəsilərək atıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad DAİM-nin aqronom mütəxəssisi X21 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, 35 ədəd tut və 10 ədəd olmaqla - 3 ədəd gilas, 5 ədəd nar, 1 ədəd heyva, 1 ədəd əncirağaclarının kəsilməsi nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Hər bir ağacın alınmasına, əkilməsinə, nəqliyyat xərclərinə 5 manat, hər ildə isə mühafizəsinə (zərərverici və xəstəliklərə qarşı) sulanmasına və sair aqrotexniki tədbirlərin aparılmasına bir ağac üçün 2 manat vəsait xərcləndiyi nəzərə alınaraq ziaynın məbləği 765 manat müəyyən edilmişdir. Bundan əlavə Narlıq kənd sakini İddiaçı qonşu ilə sərhəddə əkdiyi meyvə və əsasən tut ağacları ətrafdakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlığın xeyli azalması qeyd edilmişdir. İş materiallarında olan Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqaçısı, polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh Əlquzu oğlunun və İddiaçı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş və tərəflərin qarşılıqlı müraciətləri mülki xarakterli olduğundan aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarına əlavə edilmiş JN-272, Kod 90909038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət AKTının surətindən görünür ki, Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh Əlquzu oğlu, X22, X16, Əkbərova (Əliyeva) Afaq Ərzulla qızı, X18, X10 və Quliyeva (Əliyeva) Aidə Ərzulla qızına məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,8365 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh Əlquzu oğluna, X14, X11, Əkbərova (Əliyeva) Afaq Ərzulla qızına, X12, X10 və Quliyeva (Əliyeva) Aidə Ərzulla qızına məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********12 saylı mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-272 seriyalı KOD 90909038 nömrəli Dövlət Aktı əsasından ümimi birgə mülkiyyət hüququ üzrə Cavabdeh Əlquzu oğluna və digərlərinə məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssi rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssi rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Çıxarılması tələb olunan ağacların və kəsilmiş (çıxarılmış) ağacların yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Yəni həmin ağaclar 1,875 ha torpaq sahəsinin hüdudları daxilindədir. İş materiallarına əlavə edilmiş Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu işləyən X20 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Sabirabad rayon Məhkəməsinin rayonun Narlıq kənd sakinləri Cavabdeh Əlquzu oğlunun və İddiaçı haqqında çıxardığı qərarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur qurumunun mütəxəssislərindən sualların cavablandırılması tələb edilmiş və suallara cavab olaraq bildirilmişdir ki: Cavabdeh Əlquzu oğluna və digərlərinə məxsus Narlıq kəndində yerləşən 2.84 ha torpaq sahəsində əkdiyi 2.0 ha. taxıl sahəsində sıxlığın öz yerində olduğu müəyyən edilmiş, lakin Cavabdeh ağacların kölgəsi nəticəsində təxminən 30 sotunda taxıl seyrəkdir. Qalan 0.84 ha sahəsində isə yonca bitkisi əkilmişdir. Həmin yonca sahəsində heç bir ziyan müəyyən edilməmişdir. Ona görə də, Narlıq kənd sakini Cavabdeh Əlquzu oğlunun torpaq sahəsinin münbit vəziyətinin bərpası üçün heç bir xərc tələb olunmur. Ağacların çıxarılması və ya kəsilməsi nəticəsində İddiaçı məxsus əkdiyi 109 ədəd ağacın 45 ədədini dibindən kəsmişdir. Kəsilmiş ağaclara görə hesablanmış 760 məbləğində maddi ziyan məqsədə müvafiqdir. Kəsilmiş ağacların gövdəsi 80-90 mm, hündürlüyü isə 4-5 m olduğu halda onların təzə pöhrəsi 1.5-2 metr, gövdəsinin diametri 20-25 mm təşkil edir. Kəsilmiş hər bir ağaca 3 manat pul vəsaiti tələb olunur. Beləliklə İddiaçı Cavabdeh Əlquzu oğlunun kəsmiş olduğu 45 (qırx beş) ədəd ağacın bərpasına 135 (yüz otuz beş) manat pul vəsaiti tələb olunur. Kəsilmiş ağacların sayı 45 ədəd. 35- tut, hündürlüyü 4-5m, diametri 80-90mm 1- ədəd əncir, hündürlüyü 2 m, diametri 50-60 mm 3-ədəd albalı hündürlüyü 1.5m, diametri 30-40mm 6-ədəd nar ağacı, hündürlüyü 1.7 metr, diametri 20-30mm müəyyən olunmuşdur. Sabirabad rayonu Narliq kənd sakini İddiaçı pay torpaq sahəsi həmkəndlisi Cavabdeh Əlquzu oğlunun pay torpağı ilə həmsərhəddir. İddiaçı öz pay torpağının kənarında tut ağacları əkmişdir. İddiaçı bildirdiyinə gorə həmin tut ağaclarının budaqlarından (barama saxlayanlar) istifadə etdiklərinə görə, yeni böyümüş budaqların kəsilməsi nəticəsində onun qonşusunun pay torpağına hələlik elə bir ziyan vurmur. Lakin bir neçə ildən sonra həmin tut ağaclarının daha da böyüməsi və ətrafa kök atması gələcəkdə qonşuya ziyan vura bilər. Hələ ki, ağaclar balaca olduğundan onların kökündən çıxarıb başqa yerə köçürmək mümkündür. Bütün bunları nəzərə alaraq İddiaçı həmin ağacları çıxarıb başqa yere köçürməsi daha məqsədəuyğundur. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edib və toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh Əlquzu oğluna qarşı «zərərin əvəzinin ödənilməsi» tələbi qismən təmin edilməli, həmçinin iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X9, X3, X4, X5, X2 və X6 - cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbi isəəsassız olduğu üçün rədd edilməlidir. Belə ki məhkəmə İddiaçı - Cavabdeh Əlquzu oğluna qarşı «zərərin əvəzinin ödənilməsi» tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəylər, cavabdehin qismən etirafedici ifadəsi) müəyyən edilmişdir ki, mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin üzərində əkilmiş müxtəlif növ (tut, albalı, əncir, nar və s.)ağacların 45ədədini (35 ədəd tut ağacı, 10 ədəd albalı, əncir, nar və s.) Cavabdeh Əlquzu oğlu tərəfindən kəsdiyi nəticəsində ağaclar məhv edilmiş və İddiaçı 760 manat həcmində maddi zərər vurulmuşdur. Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda işin araşdırılmış hallarına vəistinad olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu Ə.A.Vəliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği Cavabdeh tutulub İddiaçı verilməlidir. Tədqiq olunmuş Ə.A.Vəliyevin xx.xx.2022-ci il tarixli rəyində iddiaçının torpaq sahəsinə dəymiş maddi ziyanın dəyəri 760 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci,xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kassa ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçının tərəfindən vəkil X8 iddia ərizəsinin tərtib edilməsi ilə əlaqədar 50 manat, məhkəmədə iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu və xidmət haqqı, həmçininməhkəmə-torpaqşünaslıq ekspertizası ilə bağlı 133 manat ödəniş edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri müvafiq hissədə Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X9, X3, X4, X5, X2 və X6 cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbi üzrəiddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmununda qeyd olunur ki,cavabdeh İddiaçı torpaq sahəsinin tirəsində çoxlu ağaclar əkməsi nəticəsində onların mülkiyyətində olan torpaq sahəsinə və məhsula 5000 (beş min) manat maddi və 1000 manat mənəvi zərər vurulmuş, eyni zamanda onlara məxsus torpaq sahəsinə bitişdiyi yerdə fərdi yaşayış evinin qanunsuz olaraq inşa edilməsi onların mənafelərini pozmuşdur. Lakin iddiaçılar qeyd edilən zərərin məhz cavabdeh İddiaçı torpaq sahəsinin tirəsində çoxlu ağaclar əkməsi səbəbindən yaranmasına əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair və ya zərərin nədə ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də, həmin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərin ədüşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyi halda, iddia tələblərinin məhkəmə xərclərinin tutulması hissəsi də rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh Əlquzu oğluna qarşı «zərərin əvəzinin ödənilməsi» barədə iddia tələbi qismən təmin edilsin. Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin üzərində əkilmiş ağacların kəsilməsi nəticəsində dəymiş zərərin əvəzi 760 (yeddi yüz altmış) manat pul vəsaiti, iddia ərizəsinin tərtib edilməsi ilə əlaqədar ödənilmiş xərcin 49 manat hissəsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi və məhkəmətorpaqşünaslıq ekspertizasını ilə bağlı ödənilmiş xərcin 131 manat hissəsi, ümumilikdə 970 (doqquz yüz yetmiş) manat pul vəsaiti Cavabdeh Əlquzu oğlundan tutulub İddiaçı ödənilsin. İddiaçılar Cavabdeh Əlquzu oğlunun, X9, X3, X4, X5, X2 və X6 - cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi» barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(056)-20/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-20/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver