Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-20/2024 04.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış mala görə 1400 manatın, MPM-nin 121.1-ci maddəsinə əsasən göstərilən hüquqi yardma görə ödənilmiş 50 manatın və ödənilmiş dövlət rüsumunun əvəzində 34 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyaları satışı ilə məşğul olan mağazada işləyir. Mağaza qanunvericiliyin tələbləri əsasında fəaliyyət göstərir. Vergi ödəyicisidir. Cavabdeh 2016-cı ildə brilyant qaşlı qarnitur (daxildir-sırğa, üzük, kolye, qolbaq) və brilyant qaşlı nişan üzüyünü 3500 manata razılaşaraq nisyə olaraq almışdır. O, alınmış malın dəyərini 7 ay müddətinə ödəməli idi. Cavabdeh son iki ilə qədər hissə-hissə 210 manat ödəmiş, 1400 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh son iki ildir ki, ödəniş etmir. Sonuncu dəfə 350 manat ödənildikdən sonra o, 130 manat güzəşt etmiş, bundan sonra 1400 manat borc qalması ilə bağlı qeyd aparılmı, cavabdeh özü qeydin qarşısına imza etmişdir. Cavabdeh hal-hazıradək satılmış mala görə verilməli olan pul öhdəliyini tam icra etməmişdir. O, satıcı olaraq satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malı qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bu günə kimi pul öhdəliyinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, o, oğlunu 2015-ci ilin noyabr ayında evləndirmişdir. İddiaçıdan 2 dəst qızılı götürüb gəlib gəlininə göstərmiş və gəlinin xoşuna gəldiyi üçün cəmi 2400 manata olan 1300 manatlıq komplekt, 600 manatlıq nişan üzüyü olmuşdur. Həmin qızılları razılaşma yolu ilə almışdır. 26 dekabr 2015-ci il tarixdə toy olmuş və həmin nisyə götürdüyü qızılların pulunu xx.xx.2016-cı il tarixdə borcunu qaytaran zaman Aybəniz ona qızılların pulunu dollarla hesabladığını bildirmişdir. O, isə həmin qızılları manatla aldığını demişdir. Sonra Aybəniz ona demişdir ki, qızılı gətirsin baxsın və dəftər üzrə üzləşmə aparsın. O da gəlinindən qızılları alıb aparıb Aybənizə göstərmiş və Aybənizə əlavə olaraq qızıldan 200 manat da ödəniş etmişdir. Onun bu minvalla borcu 2019-cu il tarxidə yekunlaşmış və və borcu mövcud deyildir. Aybəniz qızılı gətirdiyi zaman qaytarmayacağını, dollar qalxdığı üçün 4000 manata satacağını, ondan aldığı pulu özünə qaytaracağını bildirmiş, o, gəlinindən ayıb etdiyi üçün razılaşmamış, Aybənizdən qızılı qaytarmasını xahiş etmiş, Aybəniz də bu halda 1400 manat borcu qalacağını bildirmişdir. Göstərdiyi kimi, onun Aybənizə borcu yoxdur. Ona qarşı qaldırılan iddia tələbi tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iddia ərizəsinə cavabdehin borcunun təsdiq olaraq iddiaçı əlyazma dəftərdən çıxarış əlavə etmiş, həmin çıxarışdan görünür ki, Sədaqət Cavad (1530-130=1400) yazısı qarşısında imza edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı 34 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün vəkil X1 50 manat ödəniş etmişdir. Əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 9-cu vərəqində olan dam-dama qeyd dəftərinin üz tərəfinin yuxarı hissəsində 1530-130=1400m yazılarının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olundu ki, iddiaçı X2 Paşayevaya nisyə olaraq qızıl-zinət əşyası satmış, cavabdeh qızılın dəyərini ödəməyi öhdəsinə götürmüş götürmüş, lakin o, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdehin izahatının məzmununa münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdn qızıl aldığını, həmin əşyaların dəyərini iddiaçıya tam şəkildə ödəməsini bildirsə də, bu halda üzərinə düşən sübutetmə yükü üzrə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İş üzrə əldə edilmiş rəylə də müəyyən edilmişdir ki, qeyddə olan imza cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan borc məbləği hissəsində əsaslı hesab edilməli və tam təmin edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödnilməmiş 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 34 manat pulun və 50 manat hüquqi yardım haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, imzanın cavabdeh tərəfindən icra edilməsi təsdiqini tapdığından ekseprtiza tədqiqatının da dəyəri cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh satılmış mala görə ödənilməmiş 1400 manat, hüquqi yardıma görə ödənilmiş 50 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 34 manat olmaqla, cəmi 1484 (bir min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 110 (bir yüz on) manat məbləğində dəyəri Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-20/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-20/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver