Məhkəmə qərarları › İş №2(056)-2158/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2158/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2158/2023 05.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, məhkəmənin hakimi X2, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Təhməzli X1 rayonunda deyil, ünvan 1 ünvanında qeydiyyatdadır. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əməl edilməmişdir. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət edə bilər. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 152, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, cavabdehin qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etməli olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar