Məhkəmə qərarları › İş №2(056)-2162/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2162/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2162/2024 30.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 manat borcun və ödənilmiş 115,48 manat dövlət rüsumunun alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddianı belə əsaslandırmışdır ki, 30 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC tərəfindən 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə 8351 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə krediti faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 16 iyul 2024-cü il tarixə "xxxx" KB ASC-yə 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 manat borcun və ödənilmiş 115,48 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, 30 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona iddiaçı "xxxx" KB ASC tərəfindən 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə 8351 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə krediti faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin şərtini pozmuşdur kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Səbəb isə hazırda işsiz olmağı olmuşdur. Cəmi 329 manat təqaud alır, maddi imkansızlıqdan banka borcunu ödəyə bilmir. Ona görə də, iddianın təmin edilməsinə etiraz etmir. İşdə olan və məhkəmə iclasında elan edimiş 30 dekabr 2023-cü il tarixli 600nkSLY/23 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 25% olmaqla 48 ay müddətinə 8351 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 16 iyul 2024-cü il tarixli arayışdan görünür ki, 30 dekabr 2023-cü il tarixli 600nkSLY/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli 600nkSLY/23 saylı kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan 48 ay müddətinə illik 25% olmaqla 8351 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı 30 dekabr 2023-cü il tarixli 600nkSLY/23 saylı kredit müqaviləsi üzrə 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 30 dekabr 2023-cü il tarixli 600nkSLY/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə, cəmi 9547,80 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 16 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 115,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 115,48 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8351 manat əsas, 1131,84 manat faiz, 64,96 manat cərimə və ödənilmiş 115,48 manat dövlət rüsumu, ümumilikdə 9663 (doqquz min altı yüz altmış üç) manat 28 (iyirmi səkkiz) qəpik alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar