Məhkəmə qərarları › İş №2(056)-2178/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2178/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2178/2025 11.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firudin oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firudin oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firudin oğlu, Cavabdeh3 və Cavabdeh4 ona vurulmuş zərərin əvəzi olaraq 2238( iki min iki yüz otuz səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firudin oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia irəli sürsə də, cavabdehlərin hər birinə ayrı-ayrlıqda yönələn tələbin nədən ibarət olduğunu göstərməmişdir. Bununla da, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 -cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firudin oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar