Məhkəmə qərarları › İş №2(056)-22/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-22/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-22/2023 22.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X16 Allahverdiyevin sədrliyi ilə, Məsləhətçi (məhkəmənin iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçılar İddiaçı və X2 iştirakı ilə, İddiaçılar X2, X5, İddiaçı, X3 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızının Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə 2Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 Cavabdeh qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara dəymiş 4590 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzində 66 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar qismində X5, X3 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızının da cəlb edilməsini nəzərə alıb, cavabdehdən iddiaçılara dəymiş 4590 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzində 66 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla bərabər ailə üzvlərinin mülıkiyyətinə Sabirabad RAİK-nın xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə 3,70 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə JN-0135, KOD 90917018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsində onun (İddiaçı) “X19 Kompleksi MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 2022-ci il mövsümü üzrə xampambıq alqı-satqısına dair müqaviləyə uyğun olaraq pambıq əkmişdir. xx.xx.2022-ci il tarixdə torpaq qonşuları Cavabdeh öz torpaq sahəsini suvararkən qəsdən qərəzli olduğu üçün onların əkin sahəsinə su buraxaraq əkdikləri pambıq və yonca sahəsini suya batırmışdır. Bu barədə o, (iddiaçı Ə.F.Təhməzov) dərhal Sabirabad rayon Qaragüney polis Bölməsinə ərizə ilə müraciət etmiş və bundan sonra ziyanın məbləğinin müəyyən edilməsi üçün Bitki Mühafizəsi və X1 rayon Mərkəzinə müraciət edilmiş və həmin mərkəzin nümayəndəsinin, kənd icra nümayəndəsinin müavininin, "xxxx" MMC-nin Sabirabad pambıq İstehsalı və X8 kəndi üzrə nümayəndəsinin, həmçinin onların iştirakları ilə xx.xx.2022-ci il tarixdə Akt tərtib edilmiş və həmin tarixdə 1,50 ha torpaq sahəsində əkilmiş pambıq əkini sahəsinə 4590 manat məbləğində ziyan vurulduğu təsdiq edilmişdir. Rəylə müəyyən edilmişdir ki; 1 Pambıq əkin sahəsi – 1,50 ha 2 Ziyan çəkmiş sahə - 1,5 ha 3 Dəymiş ziyanın miqdarı – 100% 4 Sahənin məhsuldarlığı – 36 sent/ha olmaqla onlara məhsul itkisi ilə birlikdə dəymiş ziyan; 1,5 ha x 36 sent/ha x 100% = 54 sent/ha = 5400 kq pambıq məhsulu itkisinə məruz qalınmışdır. Hazırda 1 kq xam pambıq məhsulunun satın alma qiyməti – 0,85 manat təşkil etdiyindən iddiaçılara dəymiş ziyanın məbləği; 5400 kq x 0,85 manat = 4590 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və X11 iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər iddiaçılar X15, X12 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızı, iddiaçıların nümayəndəsi və vəkili X14 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN-0135, KOD 90917018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən 3,70 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi Sabirabad RAİK-nın xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə X2, X5, İddiaçı, X3 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan “X19 Kompleksi” ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 479 nömrəli müqavilədən görünür ki, İddiaçı ona və ailə üzvlərinə məxsus 3.70 ha torpaq sahəsində pambıq əkilməsi, həmin pambığın gələcəkdə alqı-satqısına dair müqavilə bağlanmış, “X19 Kompleksi” pambığın əkini və məhsul əldə edilməsi ilə bağlı İddiaçı avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, toxumluq, çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və Bitki Mühafizəsi və X1 rayon X9, Sabirabad rayon Moranlı kənd icra nümayəndəsinin müavini Daşqın İbrahimovun, "xxxx" MMC-nin Sabirabad pambıq İstehsalı və X8 kəndi üzrə nümayəndəsi Sərdar Mirəliyevin iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixdə Aktdan və həmin tarixli rəydən görünür ki, X2 müraciəti əsasında ona həmkəndlisi X13 tərəfindən torpaq sahəsinə su buraxılmaqla maddi ziyan vurulması ilə əlaqədar həmin torpaq sahəsinə vizula baxış keçirilmiş, fakt təsdiqini tapmışdır. Belə ki, 1,50 ha torpaq sahəsində əkilmiş pambıq əkini sahəsinə 4590 manat məbləğində ziyan vurulmuşdur. Rəylə müəyyən edilmişdir ki; 1 Pambıq əkin sahəsi – 1,50 ha 2 Ziyan çəkmiş sahə - 1,5 ha 3 Dəymiş ziyanın miqdarı – 100% 4 Sahənin məhsuldarlığı – 36 sent/ha olmaqla onlara məhsul itkisi ilə birlikdə dəymiş ziyan; 1,5 ha x 36 sent/ha x 100% = 54 sent/ha = 5400 kq pambıq məhsulu itkisinə məruz qalınmışdır. Hazırda 1 kq xam pambıq məhsulunun satın alma qiyməti – 0,85 manat təşkil etdiyindən iddiaçılara dəymiş ziyanın məbləği; 5400 kq x 0,85 manat = 4590 manat təşkil edir. İş materiallarına pambıq əkilmiş sahənin mövcud vəziyyəti ilə bağlı fotoşəkilləri və video disk əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/8016 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizşləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Rəyə əsasən İddiaçı 4590 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd olaraq bildirilmişdir ki, Sabirabad rayonu ərazisində tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (məhsulun növündən, məhsuldarlığından, inkişaf səviyyəsindən və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəy, ekspert rəyi) müəyyən edilmişdir ki, Sabirabad rayonu, Moranlı kəndində yerləşən və İddiaçı əkdiyi, onun ailə üzvlərinə məxsus cəmi 3,70 ha pambıq və yonca əkini sahəsinin 1,50 ha hissəsinə Cavabdeh tərəfindən suyun buraxılması nəticəsində 1,50 ha sahədə əkilmiş pampıq məhsulu tamamilə məhv edilmiş və İddiaçı, həmçinin X6 4590 manat həcmində maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçıların qarşısında mülki məsuliyyət daşıyır və iddiaçılar onlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair isə məhkəmə qeyd edir ki, əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/8016 saylı ekspert rəyi nəzərə alınmaqla hazırda tələb edilən ziyan məbləği tam həcmdə cavabdehdən tutularaq iddiaçılara verilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən, tələb ödənilmiş dövlət rüsumu hissəsində də tam əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflərin hansından və hansı miqdarda tutulmalı olmasına münasibətdə qeyd edir ki, ekspertiza tədqiqatı nəticəsində iddiaçıların tələb etdiyi məbləğdə onlara ziyan vurulması öz təsdiqini tapdığından, məhkəmə araşdırması zamanı ekspertiza keçirilməsinin zəruriliyi cavabdehin öz təqsirli hərəkəti nəticəsində vurmuş olduğu ziyanı könüllü olaraq ödəməməsindən irəli gəldiyindən ekspertiza tədqiqatının dəyəri də tam olaraq cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4590 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 66 manat olmaqla, ümumilikdə 4656 (dörd min altı yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar X6, X10, İddiaçı, X7 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızına ödənilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 9/8016№-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar