Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2282/2024 28.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon məhkəməsinin 03 noybar 2009-cu il tarixli, 2(056)-376/2009 saylı qətnaməsi ilə 24 dekabr 2008-ci il təvəllüdlü Kərimova (Həşimova) Fatimə Mirhəsən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2007-ci ildə el adəti ilə toy edib evlənmişlər. Bir müddət birlikdə mehriban yaşasalar da, sonradan ailə nikah münasibətləri bir-birinə uyğun gəlmədiyi üçün, ayrılmışlar. Onların qeyri rəsmi nikahlarından 27 dekabr 2008-ci il təvəllülü Fatimə adlı bir nəfər uşaqları olmuşdur. Daha sonra iş üzrə cavabdeh uşağına maddi yardım etmədiyi üçün o, aidiyyatı üzrə müraciət edib, 27 dekabr 2008-ci il təvəllülü Fatimə adlı uşağın atasının müəyyən edilməsi və onun saxlanması üçün iş üzrə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Sabirabad rayon məhkəməsinin 03 noyabr 2009-cu il tarixli, 2(056)-376/2009 saylı qətnaməsi ilə iddia tələbim təmin edilmiş, iş üzrə cavabdeh uşağın atası kimi müəyyən edilmiş və uşağın yektinlik yaşına çatana kimi saxlanması üçün hər ya 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Qeyd etmişdir ki, qanuni qüvvədə olan və hazıda icra edilən məhkəmə qətnaməsi üzrə ödənilən aliment həddindən artıq azdır. Belə ki, iş üzrə Cavabdeh gəliri var, uşağın maddi tələbatı artdığı üçün ödənilən aliment həddindən artıq azdır. Qət edilən və hazırda qanuni qüvvəsində olmaqla icra edilən məhkəmə qətnaməsi 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna aid olmasınıda heç demək olmaz. Belə ki, o ildən hazırkı yaşadığımız 2024-cü ilə kimi on beş dəfə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanu dəyişdirilmişdir. Bu da onu deməyə əsas verir ki, icra edilməkdə olan məhkəmə qətnaməsi 2009cu ilin yaşayış səviyyəsinə uyğundur. Lakin 2024-cü il üzrə uşaq üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Himayəsində olan uşağın ana qayğısına ehtiyacı olduğu kimi normal yaşamaq, təhsil almaq və sair hüquqları vardır. Belə ki, işdən görünür ki, 27 dekabr 2008-ci il təvəllülü Fatimənin artıq 15 yaşını tamam edib. O, hazırda məktəbli olmaqla təhsil alır. Uşağ təhsil aldığı üçün onun gündəlik, aylıq və illik təlabatı hamıya bəlli olduğu üçün məhkəmədə sübuta yeririlməsinə ehtiyac qalmır. İddia ərizəsinə əlavə etdiyi sübutlar, ölkədə gedən iqtisadi inkişafın və dövlət başçısı olan prezidenti uşaqların maddi təminatını həmişə diqqət mərkəzində saxlaması bunu deməyə əsas verir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının Yaşayış minumumu haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab etmişdir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manata çatdırılmalıdır. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, İddiaçı - Cavabdeh (ona) qarşı «alimentin artırılması tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon məhkəməsinin 03 noybar 2009-cu il tarixli, 2(056)-376/2009 saylı qətnaməsi ilə 24 dekabr 2008-ci il təvəllüdlü Kərimova (Həşimova) Fatimə Mirhəsən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh (ondan) hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, o, ikinci dəfə ailə qurmuş və həmin qadından iki azyaşlı uşaqları vardır. Sabirabad rayon məhkəməsinin 03 noybar 2009-cu il tarixli, 2(056)-376/2009 saylı qətnaməsi ilə 100 manat olan alimenti belə maddi imkansızlıqdan güclə ödəyir. Başqa yerdən gəliri yoxdur. Himayəsində olan iki nəfər uşağın da təminatını da o, ödəyir. İkinci dəfə ailə qurduğu arvadı isə ümumiyyətlə işləmir və ailənin yeganə qazanc gətirən şəxsdir. Odur ki, İddiaçı ona qarşı qaldırmış olduğu iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(056)-376/2009 saylı qətnaməsindən görünür ki, anası İddiaçı olan 27 dekabr 2008-ci il tarixdə anadan olmuş Fatimə Həşimovahın atasının Cavabdeh olması müəyyən edilməsi, Cavabdeh Fatimə adlı uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün ayda 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 15 ildən artıq vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 15 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlının artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(056)-376/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşağı saxlamağın hər iki valideynin borcu olması, həmçinin iddiaçının cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(056)-376/2009 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay üçün 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(056)-376/2009 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2282/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2282/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver