Məhkəmə qərarları › İş №2(056)-23/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-23/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-23/2024 28.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh Həsanağa qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı QSC-nin Cavabdeh Həsanağa qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli ərizənin(müqavilənin) ləğv edilməsi, Cavabdeh 4817,41 manat məbləğində əsas, 569,15 manat məbləğində faiz və 154,14 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5540,70 manat məbləğində borcun və 75,41 manat ödənilmiş dövlət rüsumunun tutulmasında dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Həsanağa qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırılıq iclasında baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.2-ci maddəsində qeyd edilir ki, İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 170, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı QSC-nin Cavabdeh Həsanağa qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar