Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2362/2024 16.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, kənd təsərrüfatı işləri ilə məşğuldur. Cücə almaq üçün internet vasitəsilə axtarış etmiş, internetdən götürdüyü nömrə ilə əlaqə saxlamış, ona Cavabdeh nömrəsini vermişlər və demişlər ki, Cavabdeh onların müdiridir. Cavabdeh ilə danışdıqdan sonra hər biri 1 manata olmaqla 5000 ədəd cücə almağa razılaşmışdır. xx.xx.2024-cü il tarixdə cücələri təhvil aldıqdan sonra cavabdehə çatası 5000 manat pul ödəmişdir. Cavabdehlə razılaşmışdır ki, aldığı cücələr “lider 55” sortunda olmalıdır, lakin aldığı gündən bir-neçə gün sonra ona məlum olmuşdur ki, aldığı cücələr daha ucuz və aşağı sort olan “liqolin” sortundandır. Cavabdehlə əlaqə saxladıqdan sonra ona iradını bildirmiş və cavabdeh cücələrin video çəkilişini apararaq həmin videonu ona göndərməsini xahiş etmişdir. Cücələrin video çəkilişini aparmış, həmin videonu cavabdehə göndərmiş və cavabdeh videoya baxdıqdan sonra cücələrin “liqolin” sortuna aid olduğunu etiraf etmişdir. Sonra cavabdehlə razılığa gəlmişdir ki, həmin cücələri qaytaracaqdır, cavabdeh də öz növbəsində cücələrə verdiyi 5000 manatı və cücələrin saxlanması üçün dərmana, yemə və s. çəkdiyi əlavə xərcləri ona qaytaracaqdır. Cücələri aldıqdan sonra 200 ədədi öldüyündən və 100 ədədi damda tutarkən öldüyündən xx.xx.2024-cü il tarixdə cavabdehə 4675 ədəd cücə qaytarmışdır. Bundan sonra isə cavabdehlə hesab aparmışlar və cavabdeh ona 5000 manat və vurulmuş ziyana görə 4000 manat, cəmi 9000 manat pul verəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və ona pul verməmişdir. Cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş və razılaşdığı məbləği ona qaytarmamışdır. Göstərinlənləri nəzərə alaraq Cavabdeh 9000 manat pulun və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər biri 1 manata olmaqla 5000 ədəd cücə aldığını, lakin aldığı cücələrin daha ucuz və aşağı sort olan “liqolin” sortundan olduğuna görə cücələri qaytarmaq istədiyini və cavabdeh cücələri qəbul edib əvəzində iddiaçıya 5000 manat pulu və 4000 manat vurulmuş ziyanı, cəmi 9000 manat qaytaracığını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 9000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 12 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 110 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Cavabdeh 9000 manat borcun və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-2362/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2362/2024
16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver