Məhkəmə qərarları › İş №2(056)-2436/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2436/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2436/2024 21.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 manat borcun və ödənilmiş 128,39 manat dövlət rüsumunun alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddianı belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsilə cavabdehə 36 ay müddətinə illik 16% olmaqla 13800 manat məbləğində kredit xətti açılmışdır. Ümumi ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış ümumi ofertaya görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağa öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 20 avqust 2024-cü il tarixə "xxxx" KB ASC-yə 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 manat borcun və ödənilmiş 128,39 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini və cavabdehin etiraz etməməsini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, iddiaçı "xxxx" KB ASCnin ona qarşı qaldırdığı iddianı qəbul edir. Onun həqiqətən də iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu vardır. Həmin pulu işdən çıxdığına görə ödəyə bilməmişdir. Söz verir ki, yaxın vaxtlarda borcunu ödəyəcəkdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. İşdə olan və məhkəmə iclasında elan edimiş olan xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh ərizə-anketi imzalamaqla ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 20 avqust 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 8663nkBKXb/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edimiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh bildiriş göndərilərək banka olan borcunun tam ödənilməsi təklif olunmuşdur, əks halda ona aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsilə cavabdehə 36 ay müddətinə illik 16% olmaqla 13800 manat məbləğində kredit xətti açılmışdır. Ümumi ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin təyinatı istehlakdır. Cavabdeh 8663nkBKXb/23 saylı kredit müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı müqavilə üzrə 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 30 may 2023-cü il tarixli 8663nkBKXb/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794,22 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 20 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 128,39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 11600,7 manat əsas, 1108,4 manat faiz, 85,12 manat cərimə, cəmi 12794 (on iki min yeddi yüz doxsan dörd) manat 22 (iyirmi iki) qəpik borc və ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar