Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2574/2024 29.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı «borcun qaytarılması» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və X5 qarşı «borcun qaytarılmasına» dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3136,21 manat əsas, 244,3 manat faiz, 17,2 manat cərimə, cəmi 3397,71 manat borcun və ödənilmiş 53,98 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cu il tarixli 88nkMDK/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 3685 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi xx.xx.2023-cu il tarixli 88nkMDK/23 saylı kredit müqaviləsi üzrə bankla digər cavabdeh X8 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağa öhdəsinə götürür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlər Cavabdeh və X4 10 sentyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 3136,21 manat əsas, 244,3 manat faiz, 17,2 manat cərimə, cəmi 3397,71 manat borcları yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 3136,21 manat əsas, 244,3 manat faiz, 17,2 manat cərimə, cəmi 3397,71 manat borcun və ödənilmiş 53,98 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X5 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqlarını bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cu il tarixli 88nkMDK/23 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 3685 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi xx.xx.2023-cu il tarixli 88nkMDK/23 saylı kredit müqaviləsi üzrə bankla digər cavabdeh X8 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 88nkMDK/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-nə 3136,21 manat əsas, 244,3 manat faiz, 17,2 manat cərimə, cəmi 3397,71 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər Cavabdeh və X5 bildiriş göndərilərək banka olan borclarının tam ödənilməsi təklif olunmuşdur, əks halda aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldırılmasından ötrü 53,98 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" KB ASC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdehlər Cavabdeh və X8 isə üzərlərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək ödəniş cədvəlində göstərilən müddətdə "xxxx" KB ASC-yə borclarını tam qaytarmamışlar. Öhdəliklərini icra etmədiklərinə görə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra edilməməsinə görə məhkəməyə müraciət olunacağı barədə) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. xx.xx.2023-cu il tarixli 88nkMDK/23 saylı kredit müqaviləsindən görünür ki, X1 Könül İlyas qızının öhdəliklərinin tamamilə icra edilməsi məqsədi ilə "xxxx" KB ASC qarşısında tam məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Az. Res. Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 3136,21 manat əsas, 244,3 manat faiz, 17,2 manat cərimə, cəmi 3397,71 manat alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə tələbin iddia qaldırılması üçün 53,98 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 53,98 manat dövlət rüsumu əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 3136,21 manat əsas, 244,3 manat faiz, 17,2 manat cərimə, cəmi 3397 (üç min üç yüz doxsan yeddi) manat 71 (yetmiş bir) qəpik borc və ödənilmiş 53 (əlli üç) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-2574/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2574/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver