Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2588/2025 01.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7280 manat borcun, 93 manat ödədiyi dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, göyərti alveri ilə məşğul olub ailəsini dolandırır. Sabirabad rayonu Bala Həşimxanlı kənd sakini Cavabdeh ilə 10 ildən çoxdur ki, alışverişləri olmuş, aralarında heç bir narazılıq olmamış, bir-birlərinə etibarları olmuşdur. O, Cavabdeh gündəlik 100-150 manatlıq göyərti verirdi. Bu müddət ərzində Cavabdeh ondan gündəlik göy-göyərti almış, pulunu vaxtında vermişdir. O, göyərtiləri özünə məxsus “VAZ 21011” markalı maşını ilə aparıb satdığı şəxslərə təhvil verir. 2023-cü ilin sentyabr ayında Cavabdeh 800-900 manatlıq göyərti sifariş vermiş, o, göyərtini öz maşınına yükləyərək qonşusu X2 ilə Cavabdeh işlədiyi Bakı şəhərinə yola salmışdır. Cavabdeh göyərtiləri satdıqca ondan yenə əlavə göy-göyərti istədi. 2025-ci ilin yanvar ayına kimi Cavabdeh 7280 manat borcu yığıldı. O, məhsulun pulunu ondan istədikdə yaxın vaxtlarda hamısını qaytaracağını bildirdi. Daha sonra yenə də Cavabdeh ondan göy-göyərti istəsə də, pulunu vermədiyi üçün məhsul verməyi dayandırmışdır. Dəfələrlə Cavabdeh pulunu tələb etməyinə baxmayaraq, yaxın vaxtlarda qaytaracağını bildirdiyi üçün məcbur qalıb onun barəsində Sabirabad RPŞ-yə şikayət etmişdir. Şikayətdən sonra Sabirabad RPŞ-nin Qaragüney PB-də izahatı alınmış Cavabdeh ona 7280 manat borcu qaldığını etiraf etmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh məhkəmədə işinin olması barədə məlumatlıdır. Hətta dayısı vasitəsi ilə ondan xahiş etmişdir ki, işi məhkəmədən götürsün, imkan edib borcunu qısa müddətdə qaytaracaqdır. Lakin o, razılaşmamışdır. Hazırda o, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, Vəliyev X1 RPŞ-nə Cavabdeh satdığı göyərtiyə görə qaytarılmamış 7280 manat pulun alınıb ona verilməsində köməklik göstərilməsi ilə bağlı şikayət etmişdir. İş materiallaına əlavə edilmiş Cavabdeh Qaragüney PB-nə vermiş olduğu xx.xx.2025-ci il tarixli izahatın məzmunundan görünür ki, o, göstərmişdir ki, 20 ildir ki, Zamiqi tanıyır. 20 il müddətində alver etmişlər. Onun 7280 manat borcu qalmışdır. Onun Zamiqə 7280 manat borcunun qalmasının səbəbi ticarətdə etdiyi ziyandı. Maddi çətinliyi olduğu üçün utandığından Zamiqlə görüşə bilmirdi. Onun hazırda Zamiqə 7280 manat borcu vardır. Həmin tarixdə Cavabdeh verdiyi iltizamdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə Sahil qəsəbəsində yerləşən notariat kontorunda olacaq və İddiaçı 7280 manat borclu olduğu məbləğ üzrə Zamiqlə arasında borc bağlamağı öhdəsinə götürmüşdür. Məhkəməyə həmçinin iddiaçının cavabdehlə aralarında olan borc məbləği ilə danışıqları özündə ehtiva edən səs yazıları ilə bağlı flash-kart təqdim edilmiş, həmin sübut tədqiq edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan nisyə olaraq göyərti satın almış, nisyə alqı-satqı müqaviləsi nəticəsində cavabdehin iddiaçıya 7280 manat borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə və borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuş olsa da, nə məhkəmə iclaslarında iştirak etmiş, nə də iddiaya dair hər hansı etirazını ünvanlamışdır. Cavabdehin öhdəliyini icra etməməsi və yaranmış borcun məbləği təqdim edilmiş özünün Qaragüney PB-nə vermiş olduğu izahatı, iltizamı və səs yazıları ilə tam təsdiqini tapmaqdadır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə, məhkəmə işin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddia tələbini nisyə satılmış mala görə ödənilməmiş 7280 manat pulun qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 93 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı isə hesab edir ki, əsas iddia tələbi tam təmin edildiyindən, iddia tələbi bu hissədə də tam təmin edilməli, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nisyə satılmış mala görə ödənilməli olan 7280 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 93 manat olmaqla, cəmi 7373 (yeddi min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2588/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2588/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver