Məhkəmə qərarları › İş №2(056)-26/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-26/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-26/2023 22.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 830 manat maddi ziyanın və və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, P.Həşimov küçəsi ərazisində idarə etdiyi VAZ 21074 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcına girmə qaydaların pozmuş, Azərbaycan Respublikasının İXM-nin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İXM-nin 327.2-ci və 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər DYPŞ Polis kapitanı X4 tərəfindən Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin hadisə nəticəsində idarə etdiyi 1995-ci il istehsalı olan ** BE *** dövlət nömrə nişanlı “Volksvagen Golf” minik markalı avtomobilə ziyan dəymişdir. “Şahin 95” firması tərəfindən tərtib edilmiş ziyan aktında ona dəymiş ziyanın məbləği 830 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2 və 469.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Hadisə nəticəsində İddiaçı məxsus “Volksvagen Golf” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan “Şahin-95” firması tərəfindən verilmiş qüsur aktından görünür ki, Cavabdeh İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi nəticəsində İddiaçı avtomobilinə dəymiş zərər 830 manat təşkil edir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/8055 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Şahin” firmasının xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Volksvagen Golf” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 830 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehə məxsus at arabasında işıqlanmanın olmaması göstərilən yol-nəqliyyat hadisəsinin baş verməsinə və iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və inzibati xəta haqqında protokolla öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməli, cavabdeh X1 975 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 verilməlidir. Bundan əlavə, iddiaçı onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddə zərərin əvəzinin cavabdehdən tutulması hissəsində tam təmin edildiyi üçün iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflərin hansından və hansı miqdarda tutulamlı olmasına münasibətdə qeyd edir ki, ekspertiza tədqiqatı nəticəsində iddiaçının tələb etdiyi məbləğdə ona ziyan vurulması öz təsdiqini tapdığından, məhkəmə araşdırması zamanı ekspertiza keçirilməsinin zəruriliyi cavabdehin öz təqsirli hərəkəti nəticəsində vurmuş olduğu ziyanı könüllü olaraq ödəməməsindən irəli gəldiyindən ekspertiza tədqiqatının dəyəri də tam olaraq cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsaslanaraq və MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 830 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat olmaqla, cəmi 830 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 9/8055№-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar