Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2708/2025 11.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) AZN məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh Əhədov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-139/2022 saylı hökmü ilə CM-nın 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmiş və hökmün icrası barədə hakimin göstərişi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 23 noyabr 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarının hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı (izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu bir ədəd elektron qolbaq, bir ədəd adapter, bir ədəd kaburo məhkum Cavabdeh Əbilferz oğluna quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 16 aprel 2024-cü il tarixdə cavabdehdən elektron nəzarət vasitəsi işlək vəziyyətdə təhvil götürülsədə, Ədliyyə Nazirliyindən təqdim olunmuş, müvafiq rəyə əsasən mobil nəzarət qurğusunun yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Tərəflərindən Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277.40 manat hesablanmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi - icra məmuru (porbasiya üzrə) X4 göstərmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-139/2022 saylı hökmü əsasında Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti ərzində, o, onun üzərinə qoyulan vəzifələri nümunəvi qaydada yerinə yetirmiş, yəni icra məmurunun cağırışlarına vaxtında əməl etmiş, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmiş və cəzasının sonu ilə cəzadan azad olunarkən üzərindəki elektron nəzarət vasitəsini işlək vəziyyətində icra məmuruna təhvil vermişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edib, etirazının əsası kimi bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 1(056)-139/2022 saylı hökmü əsasında ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti ərzində həmin hökmlə onun üzərinə qoyulan vəzifələri nümunəvi qaydada yerinə yetirmiş, yəni icra məmurunun cağırışlarına vaxtında əməl etmiş, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmiş və cəzasının sonu ilə cəzadan azad olunarkən üzərindəki elektron nəzarət vasitəsini işlək vəziyyətində icra məmuru (probasiya üzrə) X3 təhvil vermişdir. Hesab edir ki, elektron nəzarət vasitəsini işlək vəziyyətində təhvil verdikdən sonra, həmin vasitədə qüsurların yaranması səbəbinin onunla bağlılığı olmadığı üçün iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmiş cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-139/2022 hökmünə əsasən Cavabdeh CM-nin 69.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı böyük icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli AKTdan görünür ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum Cavabdeh tətbiq edilmiş "35630529" nömrəli elektron nəzarət qurğusu tam şəkildə təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Mütəxəssis Rəyindən görünür ki, "35630529" nömrəli attenti V6 mobil elektron nəzarət qurğusunun elektron platasında enerjinin doldurulmasını bildirən element-LED yerindən qopubdur. Təmiri mümkün deyil. İş materiallarına əlavə olunmuş direktor T.R.Tağıyev tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış məktubdan görünür ki, Sadə elektron qolbaq-x1, mobil nəzarət qurğusu -x1, elektrik adapterin dəyəri 11930 AZN, ƏDV 347.40 AZN, cəmi 2277.40 AZN təşkil edir. Tədqiq edilmiş sübutların məcmusu ilə məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-139/2022 hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə ona icra məmuru tərəfindən xəbərdarlıq edilmiş, Cavabdeh çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti ərzində, üzərinə qoyulan vəzifələri nümunəvi qaydada yerinə yetirmiş, yəni icra məmurunun cağırışlarına vaxtında əməl etmiş, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmiş və cəzasının sonu ilə cəzadan azad olunarkən üzərindəki elektron nəzarət vasitəsini işlək vəziyyətində icra məmuruna təhvil vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi ziyanın ödənilməsində cavabdehliyi həmin ziyanı vurmuş şəxs daşıyır. Digər tərəfdən ziyanın vurulmasına səbəb olan hərəkətlə əmələ gəlmiş ziyan arasında səbəbli əlaqə olmalıdır. Yəni şəxs etdiyi qanunsuz hərəkətlə başqa şəxsə ziyan vurduqda, həmin ziyanın ödənilməsində cavabdehlik daşıya bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İddiaçı təşkilat olan İddiaçı ona dəymiş 2277,40 AZN həcmində zərərin məhz Cavabdeh tərəfindən çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasından azad olunarkən üzərindəki elektron nəzarət vasitəsinin zədələnməsi səbəbindən yaranmasına əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair, yəni elektron nəzarət vasitəsinin məhz Cavabdeh tərəfindən zədələnməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2708/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2708/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver