Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2794/2025 03.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh. Sabirabad rayonu, Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpık) manat məbləğində pulun ondan alınıb X1 müvafiq hesabına (hesab nömrəsi AZ41NABZ**********000000. Səviyyə kodu 7; təsnifat kodu 142120; valyuta azn, VÖEN **********) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə hazırlıq iclasları keçirilmiş və sonuncu hazırlıq iclası xx.xx.2025-ci il, saat 15:45-ə təyin edilmişdir.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarı: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
6. Belə ki, iş üzrə ardıcıl məhkəmə hazırlıq iclasları keçirilmiş, sonuncu hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.
7. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM : Cavid Cəfərov