Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2954/2024 24.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən, vurulmuş maddi ziyanın əvəzi olaraq 18040 (on səkkiz min qırx ) manat pulun və iddia qaldırılması üçün ödənilmiş 145 ( yüz qırx beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iddiaçı, rəsmi qaydada verilmiş bildirşləri vaxtında alsa da, heç bir üzürlü səbəb olmadan istər xx.xx.2024cü il tarixə təyin edilmiş hazırlıq iclasına, istərsə də xx.xx.2024-cü il tarixə təxirə salınmış məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iclası zamanı Cavabdeh işə mahiyyəti üzrə baxlmasını tələb etmədiyini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləlsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə işi baxılmamış saxlayır. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləlsinin 259.0.6, 260, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o məhkəmədə iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqda sübutlar təqdim etməklə iş üzrə icraatın təzələnməsi barədə vəsatət verə bilər və ya ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-2954/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2954/2024
24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver