Məhkəmə qərarları › İş №2(056)-297/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-297/2024

05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-297/2024 05.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan tələbi» barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək cavadehdən yararsız hala salınmış elektron nəzarət qurğusunun dəyəri, yəni 1930 (bir min doqquz yüz otuz) manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası xx.xx.2024-ci il tarixə Sabirabad Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər qeyd olunan tarixlərdə keçirilmiş məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən məhkəmə tərəflərə izah edir ki, iddiaçının baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər və ya məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmlərinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqda sübutlar təqdim etdikdə, bu Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə öz qərardadını ləğv edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmədə iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqda sübutlar təqdim etməklə iş üzrə icraatın təzələnməsi barədə vəsatət verə bilər və ya ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar