Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2997/2025 03.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 tərəfindən X6 "xxxx" MMC-nin hesabına 500 manat məbləğdə pul köçürülmüşdür.
2. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 tərəfindən X6 "xxxx" MMC-nin hesabına 1170 manat məbləğdə pul köçürülmüşdür.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Əliyev X2 rayonu, Ulacalı kəndində qeydiyyatdadır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1670 (bir min altı yüz) manat məbləğində pul və ödəmiş olduğu 37 manat dövlət rüsumu, cəmi 1707 (bir min yeddi yüz yeddi) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, Ağdaş pambıq zavodunda işləyir. Vəzifəsi ərazi üzrə nümayəndə, iş yeri təyinatları isə Sabirabad rayonu, Ulacalı və Bulduq kəndləridir. Belə ki, 2022-ci ildə Cavabdeh adlı şəxsin zavoda borcu oldu. Həmin borcdan 500 manatını gətirib ona verdi və dedi ki, bu borcun qalığını ödə və sənə qaytaracam. Bu söhbətin üstündən 3 ildir ki, keçmiş və Cavabdeh həmin pulun yerinə ödədiyi borcu ona qaytarmamışdır. O, isə məcbur qalıb, polis və məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh yerinə hissəhissə 1670 manat pul köçürtmüşdür. İlk öncə 50 manat bir, 1200 manat bir sonuncu dəfə isə 420 manat da bir köçürtmüşdür. Cavabdeh ona dedi ki, atası xəstədir və onun müalicəsi üçün pul axtarır və üzərində hazırda yoxdur. Həmin köçürtdüyü pulu qaytaracaqdır. Cavabdeh isə qəssab işləyirdi. Cavabdeh yazığı gələrək atasının xəstəliyini də nəzərə alıb onun zavoda olan borcunu ödəyib qurtardı. Qurtardıqdan sonra Cavabdeh 33 ay gözlədi ki, borcunu qaytarsın. Sonra isə Cavabdeh onun yerinə ödədiyi pulunu istədi. Hətta ayda 100 manat hissə-hissə ödəməsinə belə razı oldu. Hər dəfə isə Cavabdeh onu aldadaraq gözlə verəcəm deyə-deyə ona olan borcunu qaytarmadı. Sonuncu dəfə ona bildirdi ki, anasının pensiyasını kəsiblər və onu bərpa edib borcunu ödəyib bağlayacaq. Hətta bankdan kredit götürüb verəcəyi vədi ilə də onu aldatmışdır. Heç birində vermədi. Son zamanda isə bacısının Rusiyadan telefon gətirdiyini və onu satıb pulunu verəcəyini bildirmişdir. Hətta kartını belə başqa şəxsə göndərdiyini və həmin karta pul atılan kimi qaytaracağını bildirmişdir. Sonda isə Cavabdeh xəbərdarlıq edərək onu polis və məhkəməyə verəcəyini bildirdikdə ona demişdir ki, get hara verirsən ver. Sabirabad rayon Polis Şöbəsinə şikayət etdi, polis kapitanı Fərid müəllim qəbul elədi ondan və şikayətçi olduğu Cavabdeh izahat aldı. Cavabdeh ona borcunu izahatında təsdiq elədi. Sabirabad rayon Polis Şöbəsinə sorğu verib şikayətçi olduğu Cavabdeh yazılı izahatı məhkəməyə təqdim edilsin. Dəfələrlə həmin pulu Cavabdeh tələb etsə də, ona müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırtmışdır. Axırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddiaya etiraz
6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, cavabdehin atası X1 əvəzinə onun borcunu ödəmişdir. İddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının tələbini qəbul etmir, həmin məbləği atası ilə razılaşaraq ödəmişdir, atasından ona miras qalmamışdır ki, borcu onun yerinə ödəsin. İddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
12. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığına qiymət verərək qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazırda cavabdehin atasının əvəzinə borc olaraq ödənilmiş məbləğin ona cavabdeh tərəfindən qaytarılmasını tələb etmişdir
13. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
14. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı da subyektiv hüquqununu 3 elementin mövcudluğu ilə əlaqələndirmiş, müəyyənləşdirilmiş 3 elementdən ikinci və üçüncüsünün birincinin mövcudluğu ilə əlaqədar olmasını müəyyən etmişdir ki, 1-ci element də öz hərəkətlərinə hüquqi ixtiyarı təşkil edir.
15. Beləliklə, işdən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquq pozuntusuna yol verilməmiş, cavabdehin atasına borc verdiyini iddia etdiyindən hazırki iş üzrə cavabdehdən tələb hüququna malik olmasından söhbət gedə bilməz.
16. Odur ki, iddia əsassız hesab edilərək təmin edilməməlidir.
17. Məhkəmə iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı nəticəsinə gəldiyindən iş üzrə tərəflər arasında mülki hüquq münasibətinə qiymət verilməsini zəruri hesab etmir.
18. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.
19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov