Məhkəmə qərarları › İş №2(056)-2998/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2998/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2998/2025 26.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pul vəsaitinin və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh rəfiqəsi olan Xəyalə adlı xanımın vasitəsi ilə tanımış, həmin vaxt əlində 2000 manat pul olduğundan həmin pulla iş qurmaq fikrinin olduğunu rəfiqəsi Xəyaləyə bildirmiş, Xəyalə ona yaxın tanışı və onunla ər-arvad münasibətində olduğu cavabdeh olan İlkinuru onunla tanış etmişdir. O, İlkinurla bir araya gələrək aralarında olan razılıq əsasında birgə qazanc əldə etmək məqsədilə ona 2000 manat pul vermişdir. Aralarında olan razılıqdan bir müddət keçməsinə baxmayaraq, İlkinur iş görməsində heç bir addım atmadığı üçün o, ondan pulunu geri tələb etmək qərarına gəlmiş, pulu istədikdə İlkinur ona tezliklə hər şeyin qaydasında olacağını bildirmişdir. O, sonunda aldadıldığını başa düşmüş və şikayət ərizəsi ilə Binəqədi RPİ-nə müraciət etmişdir. Şikayəti əsasında Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən araşdırma aparılmış, cavabdeh ona 2000 manat borcu olduğunu etiraf etmişdir. Sonunda Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. O, dəfələrlə pulunu geri cavabdehdən geri istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş, bu günə qədər ona olan borcunu geri qaytarmamışdır. O, sonunda cavabdeh tərəfindən aldadıldığını başa düşmüş və bu səbəbdən pul tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əksini tapmış Cavabdeh izahatından görünür ki, o, təxminən 3 aya yaxındır ki, X3 ilə tanış, 2022-ci ilin oktyabr ayında tanışı Xəyalə ona bildirmişdir ki, onun bir qadın rəfiqəsi var, onun pulu var ki, özü üçün iş qurmaq istəyir. O da həmin xanımın nə işlə məşğul olmasını soruşduqda Xəyalə ona bildirmişdir ki, o qadın gözəllik salonunda işləyir və ərinin ona 700 manat pul borcu olduğundan əri həmin pulu ona vermək istəmədiyindən o, özünü yandırmaq istəmişdir. O da həmin vaxt Xəyaləyə bildirmişdir ki, həmin xanımı ondan uzaq etsin. Təxminən bu söhbətdən iki gün sonra Xəyalənin yaşadığı evə gedəndə görmüşdür ki, Vüsalə adlı qadın onun evində yemək hazırlayır. Həmin vaxt söhbət əsasında Vüsalə ona bildirmişdir ki, 2000 manat onun pulu var və şərikli iş qurmaq istəyir. O, Vüsaləyə Nərimanov rayonunda və Nəsimi rayonu ərazisində 3-cü kuruq deyilən yerdə avtoyuma məntəqəsi olduğunu, onu arendaya götürmək istədiyini bildirmiş və təklif etmişdir ki, istəyirsə onu şərik götürsün. Vüsalə onun bu təklifi ilə razılaşmışdır. O, həmin vaxt Xəyalənin avtomaşını ilə Nərimanov və Nəsimi rayonlarında yerləşən avtoyuma məntəqələrini Vüsaləyə göstərmişdir. O, avtoyuma məntəqələrini gördükdən sonra birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Neptun” marketin qarşısına gəlmişlər və həmin vaxt Vüsalə marketin qarşısında quraşdırılmış bankomatdan 1800 manat kartından pul çıxarmışdır. Sonra isə Xəyalə ilə birlikdə Vüsalə ni Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evinin qarşısına aparmış, orada Xəyalənin yanında Vüsalə 1800 manat pulu ona vermişdir. İki gün sonra isə Vüsaləni işlədiyi Xırdalan şəhərində yerləşən gözəllik salonundan götürərək evlərinə aparmış və o, evdən ona 200 manat pulu da vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ilə arasında şərikli iş qurmaq ilə bağlı şifahi razılaşmadan sonra iddiaçı tərəfindən cavabdehə cəmi 2000 manat pul verilmişdir. Lakin sonradan cavabdeh şərikli iş görülməsini həyata keçirmədiyindən iddiaçı ilə cavabdeh arasındakı razılaşma pozulmuş, cavabdeh aldığı pul vəsaitini iddiaçıya qaytarmadığından, tərəflər arasında mübahisə yaranmışdır. Hazırkı mübahisədən görünür ki, Cavabdeh İddiaçı şərikli iş görmək adı ilə aldığı 2000 manat pul vəsaiti müqabilində müvafiq işi təmin etməmiş, hər hansı qanuni əsas və ya müqavilə olmadan aldığı həmin pul vəsaitini ona qaytarmaqdan yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2000 manat pul verilərkən, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə pulun verilməsinin gözlənilən məqsədi şərikli iş görməklə qazanc əldə etmək olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən, məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən İddiaçı alınmış 2000 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsaslı olub təmin edildiyindən göstərilən hissədə də tam təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2040 (iki min qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçıa ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar