Məhkəmə qərarları › İş №2(056)-3098/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-3098/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3098/2024 25.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəməyə qədər mərhələyə əməl edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı mərhum oğluna olan borcun cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinə məhkəməyə qədər vərəsəlik işinin açılması və vərəsə olaraq tanınması ilə bağlı hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi vərəsəliliyin növünü (qanun və ya vəsiyyətnamə üzrə vərəsə), vərəsə ola bilməyən valideyn anlayışını və vərəsəliyin növbəliliyini müəyyən etmişdir ki, hazırki halda iddiaçının vərəsə ola bilməyən valideyn olub-olmamasını, vərəsəlik hüququ vardırsa hansı növ vərəsə olmasını və vərəsəlik növbəliliyinə uyğun olaraq hazırki iddiaçı kimi mərhumun digər birinci növ vərəsəsinin də mövcud olub-olmadığını müəyyən etmək mümkün deyildir. Bu xüsuslar fonunda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədin təqdim edilməsi vacibdir. Azərbaycan Respublikasının MPM-in 152.1.6-cı maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-in 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar