Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-31/2023 17.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ İddiaçı MMC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyalarının icrası zamanı iddiaçıya dəymiş 457,99 manat məbləğində maddi zərərin, 20 manat məbləğində mediasiya xərcinin və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “MKT-Sabirabad” filialında traktorçu vəzifəsində əmək funksiyalarını həyata keçirmişdir. Eyni zamanda tərəflər arasında mövcud olmuş tam maddi-məsuliyyət haqqında müqaviləyə əsasən, cavabdeh tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona iddiaçı tərəfindən etibar edilmiş daşınar və daşınmaz əşyaların, həmçinin digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi, idarə edilməsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi-məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. Cavabdehin əmək funksiyasının icrası zamanı iddiaçı tərəfindən ona təhkim edilmiş traktora cəmi 23724,72 litr miqdarında dizel yanacağı ayrılmışdır. Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə aktlar əsasında, daşınmaya və s. yerdəyişmələrə görə ümumi yanacaq miqdarından 22237,21 litr yanacağı, filial daxilində görülən digər işlərlə bağlı isə 370,62 litr yanacağı məxaric etmişdir. xx.xx.2019-cu il tarixində aparılmış inventarizasiya zamanı 296,60 litr yanacaq isə mənfəət hesabına traktorçunun hesabından silinmişdir. Nəticədə cavabdehin Cəmiyyətə istifadə edilməmiş və qaytarılmamış 820,29 litr, yəni 656,23 manatlıq dizel yanacağı qalığı yaranmışdır. Cavabdehin öz ərizəsi əsasında bu qalıqdan 198,24 manat (247.8 litr) onun son haqq-hesabından tutulmuşdur. Son nəticədə cavabdehin Cəmiyyətə istifadə edilməmiş və qaytarılmamış cəmi 572,49 litr, yəni 457,99 manatlıq (1 litr = 0,80 qəpik) dizel yanacağı qalığı yaranmışdır. 25 aprel 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təkrar edərək, iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC-nin Sabirabad filialı ilə arasında bağlanmış müqaviləyə əsasən traktorçu kimi kənd təsərrüfat sahəsində əkin, səpin dərmanlama və sair işləri görmək verilən qaydalara əməl etmək üçün 2 ay müddətinə müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC-nin Sabirabad filialı ilə arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona iddiaçı tərəfindən etibar edilmiş daşınar və daşınmaz əşyaların, həmçinin digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi, idarə edilməsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi-məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC-nin Sabirabad filialı ilə arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Maliyyə arayışdan görünür ki, Sabirabad rayonu Axtaçı kənd sakini Cavabdeh xx.xx.2017-cı il tarixindən hal hazıra kimi “MKT Sabirabad” fililında Traktorçu vəzifəsində işləmişdir. İşlədiyi müddətdə əmək funksiyasının icrası ilə bağlı ona təhkim olunmuş texnikaya xx.xx.2017-cı ildən fəaliyyətdə olduğu xx.xx.2021-ci il tarixə kimi 23724,72 litr dizel yanacağı verilmişdir. Bu yanacaqdan Cavabdeh hesabından müqavilə bağlamış fermerlərin sahələrində aktlar əsasında aqrotexniki xidmətlərə, xam pambıq daşınmasına, digər yerdəyişməyə 22237.21 litr və daxildə görülən işlərə 370,62 litr məxaric edilmişdir. xx.xx.2019-cu il tarixdə inventarizasiya zamanı rəhbərliyin qərarı ilə 296.60 litr mənfəət hesabına traktorçunun hesabından silinmə aparılmışdır. xx.xx.2021-cu ildə traktorçular ilə aparılan növbəti yanacaq araşdırması zamanı hesabındakı 820.29 litr yanacağın 350 litrinə ərizəsi əsasında yaradılan 280 azn-lik borc öhdəliyindən 198,24 manatı son haqq hesabından tutulduqdan sonra həmin öhtəlikdən 81,76 azn borc, onun öhtəliyində qalmışdır. Bundan əlavə son nəticədə traktorçu Cavabdeh əskiklik nəticəsində hesabında qalan 470,29 litr dizel yanacağına görə ( 470.29 litr x 0,80 AZN) 376,23 azn borcu və yaradılmış öhtəlikdən ödəmədiyi məbləği nəzərə alsaq (81,76azn+376,23azn) hal hazırda 457,99 manat pul ifadəsində borcu vardır. Cavabdeh tərəfindən MKT İstehsalat Kommersiyası» MMC-nin Sabirabad filialının rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, filiala olan yanacaq borcu 350 litr olmaqla 280 manat təşkil etməsini, həmin məbləğin əmək haqqından tutulmasına etiraz etmədiyini göstərmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqla təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, Cavabdeh hazırkı iş üzrə İddiaçı MMC-nin «MKT Sabirabad» filialı ilə arasında bağlanmış 02 noyabr 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini pozmuş və nəticədə iddiaçıya 457,99 manat məbləğində ziyan vurmuşdur. Cavabdehin əvvəldən də iddiaçıya yanacaq borcu yaranması onun özü tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan da aydın olur. Həmçinin cavabdehlə əmək müqaviləsinə xitam verilərkən onun son haqq-hesabından iddiaçının xeyrinə 198.24 manat tutulmuş, cavabdeh bu halı mübahisələndirməmişdir. Belə olan halda məhkəmə sadalanan qanunvericilik aktlarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, iddiaçı ödənilmiş dövlət rüsumu məhkəmə xərcinin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir ki, məhkəmə iddia tələbini əsas tələbin tam təmin edilməsi əsası ilə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu təmin edilmiş məbləğin tələbinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 457,99 manat, mediasiya xərci olaraq 20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat olmaqla, cəmi 487.99 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayə
Məhkəmə qərarları › İş №2(056)-31/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-31/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver