Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3275/2024 06.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi üzrə mülki iş materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, cavabdehə məxsus şəxsiyyət vəsiqəsində vəsiqənin etibarlılığının son tarixi xx.xx.2024-cü il tarixi göstərilmişdir. Göstərilən halın mövcudluğu, yəni etibarlı olmayan sənədin cavabdehin şəxsiyyətini təsdiq edən sənəd kimi istinad edilib iş materiallarına əlavə edilməsi hazırki zaman üzrə iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün prosessual qanunvericiliklə müəyyən edilmiş əsasların mövcud olub-olmadığını (şəxsin sağ və ya ölmüş olması), həmçinin ərazi aidiyyatının müəyyən edilməsini (şəxsin həmin sənəddəki ünvanda və ya digər ərazidə qeydiyyatda olub olmadığını) qeyri-mümkün edir. Elektron məhkəmə sistemində də cavabdehin şəxsiyyətini eyniləşdirən məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, cavabdehin FİN kodu aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-3.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1 və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda hesab edirəm ki, cavabdehin qeydiyyat ünvanının əsasını təşkil edən və iddiaçı tərəfindən istinad edilmiş göstərilən sənədin etibarlılıq müddəti bitdiyi üçün ərizədə göstərilmiş ünvan cavabdehin son qeydiyyat ünvanı kimi qəbul edilərək iddia ərizəsi icraata qəbul edilib baxıla bilməz. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3275/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-3275/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver