Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3398/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1730 (bir min yeddi yüz otuz) manat məbləğində borc pulun və ödədiyi 37.30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında özünə məxsus fərdi maqazası vardır. Orada ərzaq malları və digər istənilən malların sifarişini qəbul edib nağd və ya kredit şəkilində satır. Uzun illərdir bu sahədə fəaliyyət göstərir. Cavabdeh xx.xx.2022-ci il tarixdə 1150 manat dəyərində Soyuducu indezit götürüb aylıq 50 manat ödəmək şərti ilə öz aralarında kredit ilə vermişdir. Ümumi məbləğ 1150 manatdan cəmi 920 manat ödəmiş, 230 manat borcu qalmışdır. Sonuncu ödənişi xx.xx.2025-ci ildə ödəmişdir. xx.xx.2023-cü il tarixdə 1800 manat dəyərində Plazma Tabe 2 puntlu interneti olan televizoru aylıq 70 manat ödəmək şərti ilə kreditə vermişdir. Ümumi məbləğ 1800 manatdan cəmi 300 manat ödəniş etmiş, 1500 manat borcu qalmışdır. Hazırda ümumi borcu 1730 manatdır. Dəfələrlə mobil nömrəsinə zəng etsədə yaxın qohumları ilə əlaqə saxlasada ödəniş etməkdən boyun qaçırmışdır. Whatsapp sosial şəbəkəsi vasitəsi ilə səs danışıqları və yazışmaları vardır. Həmin yazışmalar və danışıqlar hazırda telefonunda qalır. Bu qeyd etdikləri onun nisyə alqı-satqı kitabında qeyd olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, o, iddiaçıya olan borcunu mart ayında ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları qiymətləndirib və iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, həmçinin cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq, iddiaçının tələbinin işin faktiki hallara uyğun gəldiyinə görə əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında «İndezit» markalı soyuducunun nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli və “Plazma Tabe 2” markalı televizorun nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli şifahi formada nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2022-ci il tarixli alqı-satqı Müqaviləsi üzrə 230 manat ödənilməmiş qalıq borc və xx.xx.2023-cü il tarixli Müqavilə üzrə isə 1500 manat ödənilməmiş qalıq borc yaranmışdır. İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə Cavabdeh İddiaçı aldığı «İndezit» markalı soyuducunun və “Plazma Tabe 2” markalı televizorun dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında aldığı malların müqabilində pulun ödənilməsi öhdəliyini yerinə yetirməyərək, xx.xx.2022-ci il tarixli alqı-satqı Müqaviləsi üzrə 230 manat qalıq borcu və xx.xx.2023-cü il tarixli Müqavilə üzrə isə 1500 manat ödənilməmiş qalıq borcu yaranmışdır. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda istinad olunan qanunvericilik aktlarına əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə Cavabdeh İddiaçı aldığı müxtəlif növ məhsulların, yəni «İndezit» markalı soyuducunun və “Plazma Tabe 2” markalı televizorun dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olduğundan, xx.xx.2022-ci il tarixli alqı-satqı Müqaviləsi üzrə yaranmış 230 manat qalıq borc məbləği və xx.xx.2023-cü il tarixli Müqavilə üzrə yaranmış 1500 manat ödənilməmiş qalıq borcu məbləği, ümumilikdə isə 1730 (bir min yeddi yüz) AZN məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia eyni zamanda bu əsasla da əsaslı olaraq, təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.2-ci və 191.1-ci maddələrinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 1730 (bir min yeddi yüz otuz) manat əsas borc və iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 37.30 (otuz yeddi manat otuz qəpik) manat ümumilikdə isə 1767.30 (bir min yeddi yüz altmış yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3398/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3398/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver