Məhkəmə qərarları › İş №2(056)-34/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-34/2023

24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-34/2023 24.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi ilə, Məsləhətçi (məhkəmənin iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona dəymiş 2500 manat məbləğində maddi zərərin əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışla mülkiyyətinə Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini o, cavabdehlər və digərlərindən rəsmi alqı-satqı yolu ilə almışdır. Qeyd olunan 3.3438 ha torpaq sahəsinin 1 ha hissəsi ona məxsusdur. Sabirabad rayon Məhkəməsinin 2(056)-439/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək hazıki iş üzrə cavabdehlər və digər tərəflərin onun mülkiyyətində olan 1 ha torpaq sahəsindən istifadələrinin dayandırılması, torpaq sahəsinin ona qaytarılması, cavabdehlərin ona məxsus 1 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qəbul edilmiş qətnamə ilə bağlı Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 1 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsindən çıxmayaraq ona xeyli miqdarda ziyan vurmuşlar. Ona dəymiş ziyanın həcmi Sabirabad DAİM-nin aqronomu, bitkiçilik sektorunun baş məsləhətçisi və digərlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli Akt, həmçinin zərərin məbləğinin müəyyən edilməsi barədə rəylə təsdiqlənmişdir ki ona 2500 manat həcmində ziyan dəymişdir. Qeyd olunanlara əsaən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh və X4 məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizələrini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh və X4 birgə olaraq 2021ci ilin aprel ayında iddiaçıya məxsus torpaq sahəsinin 0.5 ha hissəsində pambıq əkdiklərini, həmin ilin oktyabr ayında məhsulu yığıb 2700 kq məhsul əldə etdiklərini, noyabr ayında isə həmin hissəyə, yəni torpağın 0.5 ha hissəsinə arpa əkdiklərini, bu ilin, yəni 2022-ci ilin iyul ayında məhsulu yığdıqlarını, ümumilikdə 2700 kq arpa yığdıqlarını, qalan 0.5 ha hissəsinə isə yonca əkdiklərini, həmin hissə su altında qaldığına görə yoncadan qazanc əldə etmədiklərini bildirmişlər. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3,3438 ha torpaq sahəsinin 1 ha hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********52 reyestr nömrəsi ilə İddiaçı adına 6 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin 2(056)-439/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazıki iş üzrə cavabdehlər və digər tərəflərin İddiaçı mülkiyyətində olan 1 ha torpaq sahəsindən istifadələrinin dayandırılması, torpaq sahəsinin ona qaytarılması, cavabdehlərin ona məxsus 1 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akt və həmin akt əsasında tərtib olunmuş rəydən görünür ki, İddiaçı cavabdehlər tərəfindən torpaq sahəsindən istifadənin dayandırılmaması nəticəsində dəymiş ziyanın məbləği 2500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22/2-179/2023 saylı rəydən görünür ki, son 2021 və 2022-ci illərdə rayon ərazisində istehsal olunmuş 1 ton pambığın, 1ci sort tədarük qiyməti müvafiq olaraq illər üzrə 850 və 970 manat, 1 ton arpanın topdan satış orta qiyməti 450 və 400 manat, 1 standart bağ yonca otunun topdan satış orta qiyməti 4 və 3,5 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla (qətnamə, akt, rəy, ekspert rəyi) müəyyən edilmişdir ki, Sabirabad rayonu, Əliləmbəyli kəndində yerləşən və İddiaçı mülkiyyətində olan 1 ha kənd təsərrüfatı məhsulların əkin təyinatlı torpaq sahəsi cavabdeh və qətnamədə adları sadalanan digər şəxslərin istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən iddiaçının istifadəsinə hər hansı formada müdaxilə edilməsinin qadağan edilməsi, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması və hazırki cavabdehlərlə birə digər cavabdehlərin torpaq sahəsindən çıxarılması qət edilmiş olsa da, cavabdehlərin də əvvəlki məhkəmə iclaslarında bildirdiyi kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi 2021-ci ildən cavabdehlərin qanunsuz istifadəsindədir və cavabdehlər iddiaçıya ona məxsus olan və qeyd olunan torpaq sahəsində əkin işləri apararaq gəlir əldə etməsinə maneə yaradır, özləri həmin torpaq sahəsinin bir hissəsində əkin işləri aparmaqla gəlir əldə edir, digər hissəsini isə su altında saxlayırlar. Torpaq sahəsinin qaytarılması və su altında saxlanması nəticəsində isə cavabdehlər tərəfindən iddiaçıya həm əldən çıxmış fayda, həm də madidi zərər olaraq ümumilikdə 2500 manat həcmində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmiş və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına və prosessual hüquq normasına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) və torpaq sahəsinin qaytarılmaması ilə əlaqədar iddiaçının fayda götürə bilməməsinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair isə məhkəmə qeyd edir ki, əldə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-22/2- 179/2023 saylı rəyi üzrə müəyyən edilmiş ziyan məbləği hazırki tələbdən artıq olduğundan, məhkəmənin iddia tələbindən kənara çıxmamalı olması, hazırki iş üzrə qanunda göstərilmiş hər hansı müstəsna halın olmaması halı nəzərə alınaraq, iddia tələbi tam əsaslı hesab edilərək, ziyan məbləği tələb edilən həcmdə müəyyən edilməli və iddia ziyan tələbi hissəsində tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan əlavə, dövlət rüsumunun tərəflərdən hansına aid edilməsi və hansının xeyrinə tutulmalı olması ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilən şəxslər katqeoriyasına aid edildiyindən, bu əsasla onun tərəfindən dövlət rüsumu ödənilmədiyindən, hazırki iş üzrə də iddia tələbi tam təmin edildiyindən və iddianın qiymətinə uyğun olaraq və “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə uyğun olaraq ödənilməli olan 31.50 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 31.50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar